Page 389 - 2-ci cild
P. 389
Ìàêñ Ôðèø
Amulet?
Don Juan. Mənim olub-qalanım budu. Və gedin! Əgər
cəhənnəm məni udmasa, məhv oldum.
Selestina. Siz mənim günahım ucbatından müflis olmamısız,
Don Juan. Niyə mənim təklifimi qəbul etmədiz? Kordova
yepiskopundan da varlı olardız. Nə qədər demək olar, qırx dörd
otaqlı qəsr...
Don Juan. Bu haqda bir kəlmə də!
Selestina. Hələ gec deyil.
Don Juan. Məni bu cəncəl işə soxmayın. Bütün İspaniya
bilir və sizə bir də təkrar deyirəm ki, mən evlənməyəcəm!
Selestina. Belə deyənlər çox olub.
Don Juan. Mumlayın!
Selestina pərdənin arxasından qeyb olur. Don Juan
gərginlik içində gözləyir. Amma Leporello tək daxil olur.
Nə baş verib?
Leporello. Ağam... Mən nə deməli olduğumu unutdum... O,
elə geyimdə-kecimdədi ki... Zalboyu var-gəl eləyə-eləyə qalıb,
sanki nə vaxt göylərin qarğışına gələcəyimizi gözləməyə daha
hövsələsi yoxdu.
Don Juan. Denən, onu gözləyirəm.
Leporello qapının hər iki tərəfini açıq qoyaraq çıxır. Don
Juan yepiskopu qəbul etməyə hazırlaşaraq kreslonu kənara
çəkir, təzim məşqi keçir, sonra müsiqiçilərə işarə edir. Təntənəli
musiqi çalınır. Don Juan güzgünün qarşısında dayanaraq jabo-
sunu1 düzəldir. Duvaqlı xanım açıq qapıdan daxil olur. Pauza.
Don Juan onu güzgüdən görür. Ona sarı dönmədən diksinir.
xanım. Nədən belə qorxdun?
1 jabo – yaxalıqda krujevadan ibarət olan dəbdəbəli hissə
389