Page 385 - 2-ci cild
P. 385
Ìàêñ Ôðèø

Dieqo ata. Miranda!

Don Juan əliylə üzünü tutur. Meyit səhnədən aparılanacan
və matəm mərasimini müşayiət edən zınqırov səsi kəsilənəcən o,

beləcə dayanıb qalır.

Don Juan. Zavallı uşağı dəfn edin, amma mənim xaç çəkə-
cəyimi gözləməyin, ağlayacağıma da ümid etməyin. Və mənim
yolumdan çəkilin! Mən daha heç nədən qoxmuram! Hələ baxarıq,
kim kimə güləcək – göylər mənə, ya mən göylərə!

DÖRDÜNCÜ AKt

Zal.
Otuz üç yaşlı Don Juan bayram süfrəsinin qarşısında dayanıb

gümüş qab-qacağa və şamdanlara baxır. Nökəri Leporello
qrafinləri düzür. Üç musiqiçi göstəriş gözləyir. Səhnənin

dərinliyində iri pərdə var.

Don Juan. Siz qonşu otaqda olacaqsız. Aydındı? “Alliluyya”ya
gəlincə... Belə də, əgər bir şey baş versə... Deyək ki, mən
sərdabəyə yıxılıb düşsəm, yaxud buna bənzər...

Leporello. Ağam!
Don Juan... siz çalmaqda davam edin. Aydındı? Zalda bir
nəfər də qalmayana qədər “Alliluyya”nı çalarsız. (Stolun düzülüşünə
baxa-baxa ağ əlcəklərini çıxarır.) Beləliklə, hazır olun.
Musiqiçi. Bəs qonorar məsələsi?
Don Juan. Sonra, sonra.
Musiqiçi. Zalda bir nəfər də qalmayanda, hə?
Don Juan. Cənablar, yanıma guya onları yoldan çıxardığımı
təsdiqləyən on üç xanım gələcək. Bundan başqa, mən, hamıya
məlum olduğu kimi, onların tərəfini tutan Kordova yepiskopunu,
bir də, nəhayət, heykəli gözləyirəm. Mən heykəli də dəvət

385
   380   381   382   383   384   385   386   387   388   389   390