Page 383 - 2-ci cild
P. 383
Ìàêñ Ôðèø
(Onu görmür.) Qaçaq. Biz and içmişik ki, bu gecə nohurun
yanında... Bu, lap uşaq hərəkətiydi, güya bir-birimizi itirməmək
özümüzdən asılıydı. Nə dayanıb durmusan? Mən sənin əlindən
bizə ikinci dəfə bəxş olunan həyat kimi tutmuşam. Bu, birincidən,
o uşaq kimidən daha diridi. Və biz onun dönməzliyinə birlikdə
əmin olduq. Əsmə. Mənə bax. Mən sanki türmədən azadlığa
buraxılan adam kimi minnətdarlıq hissiylə sübh günəşindən,
canlı olan hər şeydən həzz alıram... (Qucağında meyit tutmuş
Dieqo atanı görür.) Dieqo ata, bu nə deməkdi?
Sükut.
Cavab verin!
Sükut.
Bunlardan hansı mənim adaxlımdı?
Sükut.
(Qışqırır.) Cavab verin!
Dieqo ata. O, daha sənə cavab verə bilməyəcək, Don Juan,
nə qədər qışqırsan da. Heç vaxt. O, özünü sulara qərq etdi. Sənin
toyunun aqibəti bax belə oldu, Don Juan. Sənin əyləncələrinin
aqibəti.
Don Juan. Yox.
Dieqo ata meyiti yerə qoyur.
Bu, mənim adaxlım deyil. Yox, yalandı! Mən həyatla nişanlan-
mışam, saçı otlu, əlləri sallaq suda boğulmuşun birisiylə yox.
Günün günortaçağı heç kabusun yeridimi? Deyirəm, bu, mənim
adaxlım deyil.
Dieqo. Bəs sənin adaxlın kimdi?
383