Page 387 - 2-ci cild
P. 387
Ìàêñ Ôðèø
Don Juan (qonaqların adları yazılan kartoçkaları düzməkdə
davam edir. Sonuncu kartoçkaya bir xeyli baxır). Sən dirilərin
hamısından dirisən, amma sən burda olmayacaqsan! Sən mənim
yeganə sevgimsən: ilk və son... Sevdim və bilmədim... (Kartoçkanı
şamda yandırır.) Kül.
Leporello qayıdır.
Leporello. Kordovanın yepiskopu.
Don Juan. Külü stoldan üfür, Kordovanın yepiskopuna da
denən, bircə dəqiqə gözləsin. Amma nəzakətlə de. Düzdü, mənim
ona borcum-zadım yoxdu. Amma o, mənə çox lazımdı, kilsəsiz
cəhənnəm də yoxdu.
Leporello. Ağam...
Don Juan. Nədən sən bayaqdan əsə-əsə qalmısan?
Leporello. Ağam, hər şeyin bir həddi var. Nə vaxtdan bəri
sümüyü də çürüyən ölünün başdaşı heykəlini qonaq çağırmaq...
Bilirsizmi... Əlbəttə, ağam, lazım gələndə mən dələduzluq eləyə
bilərəm, ümumiyyətlə, pulun xətrinə nəyə desəz gedərəm, mən
qorxaq deyiləm. Amma dünən sizin qəbiristanlıqda elədikləriniz
heç bir kitaba sığmır... Heykəli nahara dəvət etmək...
Səs. Don Juan!
Leporello. Müqəddəs Məryəm!
Səs. Don Juan!
Don Juan. Bircə dəqiqə!
Leporello. Bu, odur!
Don Juan. Dedim axı, bircə dəqiqə!
Leporello. İlahi, mənə rəhmin gəlsin! Mənim arvadım, dörd
balam var! (Diz çökür.) Ah göylər, mənə rəhminiz gəlsin!
Don Juan. Dua eləmək istəyirsənsə, gözümdən rədd ol!
Leporello. Mən haray səsi eşitdim, mən o səsi aydın eşitdim.
Don Juan. Di qalx!
Leporello qalxır.
387