Page 379 - 2-ci cild
P. 379
Ìàêñ Ôðèø
çıxmaq istəyir.). Məni burax. (Getmək istəyir, amma elə bu an
pilləkənin lap üstündə gəlin paltarında və fatada peyda olan
donna Annanı görür.) Bu nədi?

Qadın ağır-ağır pilləkənləri düşür.

Donna Anna...

Qadın aşağıdakı üçüncü pilləkənin üstə dayanır.

Mən səndən ayrıldım. Sən niyə qayıtdın? Mən axı səni atdım.
Bunu bütün Sevilya bilir, məgər sən bilmirsən? Mən səni atdım.

Qadın səssizcə gülür.

Yadıma düşdü. Hə! Sənin o sütül dodaqlarının necə güldüyünü
görürəm. O vaxtkı kimi, gözlərinin fatanın altından boylanan
parıltısını görürəm. Hər şey eynən o vaxtkı kimidi. Bircə mən o
vaxtkı deyiləm, sənin qarşında diz çökən o adam deyiləm. Geriyə
yol yoxdu.

qadın. Əzizim, Juan...
Don Juan. Sən qayıtmalı deyildin, xüsusən də bu pilləkənlə.
Sənin çöhrən mənə artıq uçub-getmiş ümidlərimi qaytardı. Bilirəm
ki, məhəbbət heç də mənim bu pilləkənin üstündə gözlədiyim
deyilmiş. (Pauza.) Get! (Pauza.) Get! (Pauza.) Get, deyirlər.
Get! Səni göylərə və cəhənnəmə tapşırıram, get!
qadın. Niyə özün getmirsən?

Don Juan donub-qalmış vəziyyətdə ona baxır.

Əzizim Juan...
Don Juan. Əzizim Juan! (Gülür.) Bilirsənmi, sənin o əzizin
Juan bu gecəni harda keçirib? Sənin ananın yanında. Əzizim
Juan... Sən anandan çox şey öyrənə bilərdin, amma sənin əzizin
Juan onu da atdı... Onun içi məhəbbətlə elə dolub ki, bir pəncərəyə

379
   374   375   376   377   378   379   380   381   382   383   384