Page 375 - 2-ci cild
P. 375
Ìàêñ Ôðèø

Hər üç qohum ayaqlarını güclə çəkə-çəkə gedir.

Don qonsalo. Mən itlərimin qisasını almayınca, sakitləşən
deyiləm. Oyanan kimi, arvadıma da bunu deyərsiz. (Əks tərəfə
gedir.)

Don Juan. Eşitdin? Göylərin lənətinə gəlsin! Necə də təsirlidi!
Sadəcə mənim bu ideya uğrunda gəbərən itlərə yazığım gəlir.

Don Roderiqo. Dostum, göyləri hiddətləndirmə.
Don Juan. Mən onu hiddətləndirmirəm, hətta bəyənirəm.
Xüsusən bu saatlarda. Günün bu vədəsində o, nadir hallarda gö-
zə görünür.
Don Roderiqo. Öz adaxlın barədə düşün.
Don Juan. Hansı?
Don Roderiqo. Sahilboyu gəzişə-gəzişə səni səsləyən barədə.
Juan, mən axı bilirəm, sən onu sevirdin.
Don Juan. Mən də bilirəm. (Sümüyü atır.) Qiyamət kəklikdi.
(Əllərini silir.) Mən onu sevirdim. Yadımdadı. Baharda ilk dəfə
donna Annanı bax elə burda, bu pilləkənin yanında görəndə
qarşısında diz çökdüm. Səssizcə. Elə bil məni ildırım vurdu.
Məncə, belə deyirlər, hə? Heç vaxt unutmaram... O, pilləkənləri
ağır-ağır düşürdü, donu küləkdən yırğalanırdı. Mən qarşısında
diz çökəndə o dayandı. Hər ikimiz susduq. Mən onun sütül
dodaqlarını, qara duvaq altından baxan mavi gözlərinin işartısını
gördüm. Eynən indiki kimi sübhçağıydı. Az qaldı nəfəsim dayana,
ağzımı açıb bir kəlmə də deyə bilmədim. Bir dəli gülüş gəlib
boğazımda ilişdi, amma əgər çölə çıxa bilsəydi, hönkürtüyə
dönəcəkdi... Bu, sevgiydi. Mənə belə gəldi. İlk və son dəfə.
Don Roderiqo. Son niyə?
Don Juan. Geriyə yol yoxdu... Əgər indi, bu an o, küləkdən
yırğalanan donuyla və qara duvaq altından baxan mavi gözlərinin
işartısıyla yenidən bu pilləkəndə peyda olsa, bilirsənmi mən nə
hiss eləyərəm? Heç nə. Ən yaxşı halda, heç nə. Xatirə. Xəzan.
Onu görmək istəmirəm. Əbədi. (Əlini ona uzadır.) Əlvida,
Roderiqo!

375
   370   371   372   373   374   375   376   377   378   379   380