Page 377 - 2-ci cild
P. 377
Ìàêñ Ôðèø
də, əgər dərindən düşünsən, qumun üstündə çəkilən iki xəttin
verdiyi məna qədər sonsuz deyil... Ah Roderiqo, mən məhəbbət
və heyranlıq hissiylə büsbütün dolmuşam, odur ki, gülməyi də
özümə rəva görürəm. Orda ki, hava buxurla dolmayıb, hər şey
şəffaf və aydındı, bax elə ordan da həqiqətin yolu başlanır. Orada
insan sevgisini hörən dəymə-düşərliyə yer yoxdu, Roderiqo. Bu
gün ədalətli olan, sabah da ədalətlidi, hətta mən ölüb gedəndən
sonra da yerində qalacaq – mənsiz və sizsiz. Müqəddəslik yalnız
ayıqlar üçün əlçatandı, qalanı boş şeydi, inan mənə, hansısa
diqqətəlayiq olmayan boş şey. (Yenidən əlini uzadır.) Əlvida!
Don Roderiqo. Bəs nohurun yanındakı qız?
Don Juan. Onu bir başqası ovudacaq.
Don Roderiqo. Əminsən?
Don Juan. Ey kişi və qadın, niyə axı siz yalnız inanmaq
istədiyinizə inanırsız? Axı əslində insanlar gülməli vəziyyətə dü-
şənə qədər həqiqətə rahatca tab gətirə bilirlər. Köhnə dost, Rode-
riqo, görürsənmi, mən özümə gülə bilirəm. Bəli, mən sənin dos-
tunam, amma bu dostluğu taleyin ixtiyarına buraxmayacağıma o
qədər də əmin olma. Məndə belə özünəarxayın dostlara qarşı dö-
züm yoxdu... Hardan bilirsən ki, mən bu gecəni sənin İnesinlə
keçirməmişəm?
Don Roderiqo. Boşla bu zarafatı!
Don Juan. Hardan bilirsən ki, zarafatdı?
Don Roderiqo. Mən öz İnesimi tanıyıram.
Don Juan. Mən də.
Don Roderiqo. Sən hardan?
Don Juan. Dedim axı onunla olmuşam.
Don Roderiqo. Yalandı!
Don Juan. Dostum, mənim üçün hər şey maraqlıdı, binadan
beləyəm. Qərara aldım, yoxlayım görüm, buna da qadirəmmi?
İnes sənin adaxlındı, sən onu sevirsən, o da səni sevir. İstədim,
aydınlaşdıram görəm, o necə, buna qadirdimi? İndi sənə olanları
danışsam, inanacaqsan?
Don Roderiqo. Juan!
377