Page 373 - 2-ci cild
P. 373
Ìàêñ Ôðèø
dün, itlərdən qaçan birisi onun yataq otağına soxuldu, o da qəf-
lətən başa düşdü ki, demə, bu yer üzündə səndən başqa da kişi
varmış.
Don Roderiqo. Sən nə demək istəyirsər?
Don Juan. Həqiqəti. (Yeyir.) Sənin çox qiyamət adaxlın var.
Don Roderiqo. Sən axsayırsan?
Don Juan. Lap iblis kimi. Pəncərədən tullananda çox vaxt
belə olur. (Yeyir.) Özünə qayıtmağa başqa yol olmur. (Yeyir.)
Arvadlar yaman ac məxluqdu.
Don Roderiqo. Juan, gərək səni xəbərdar eləyim.
Don Juan. Mən də səni xəbərdar eləməliyəm.
Don Roderiqo. Mən axı ciddi deyirəm, dostum. Əgər ağlını
başına yığmasan, işlər şuluq olacaq. Elə bir dəhşət baş verəcək
ki, ömrünün axırınacan bunun təəssüfünü çəkəcəksən. Qan tökülən
yerdə zarafatlıq iş qalmır. Və daha nəyisə düzəltmək mümkün
olmur. Mən bütün gecəni parkı gəzə-gəzə qalmışam. Mən sənin
üçün narahatlıq keçirirdim, Juan.
Don Juan sakitcə yeyir.
Gözlərimə inanmadım. Qəflətən nohurun yanında nəsə bir kölgə
gördüm. O idi.
Don Juan. Kim?
Don Roderiqo. Sənin adaxlın.
Don Juan. Anna?
Don Roderiqo. O, səni gözləyir, Juan. Bütün gecəni gözləyib.
Mənə elə gəldi, o, ağlını itirib. Saatlarla heykəl kimi oturub qalır,
sonra qəflətən yerindən dik atılıb sahilboyu veyil-veyil gəzir.
Mən onunla danışmaq istədim. O, əmindi ki, sən o balaca
adadasan. Onu fikrindən daşındırmaq mümkün deyil. Elə ki
ondan aralanırsan, eşidirsən ki, artıq səni adınla çağırır. Beləcə,
bütün gecə. Gərək sən onunla danışasan.
Don Juan. Roderiqo, ona nə deyəcəyimi özüm də bilmirəm.
Mən qəlbimdə olmayan hisslərdən necə danışım? Onunla
373