Page 369 - 2-ci cild
P. 369
Ìàêñ Ôðèø

Selestina. Canım-gözüm, hamısı birdən yox, hamısı birdən
yox. Vaxtında çatacaqsan. Bəlağətli çıxışlarla, hər cür zəvzəkliklərlə
dolu bir toy tez qurtarmaz.

Miranda. Bircə heç kəs məni tanımasın, Selestina, yoxsa bir
də gördün, şallaqlayıb şalbana bağladılar. (Sakitcə dayanıb.)

Selestina tikir.

Selestina…
Selestina. Əsmə, yoxsa tikə bilməyəcəm.
Miranda. Selestina, necə görünürəm, doğrudanmı gəlinə
oxşayıram?
Selestina. Təpədən-dırnağacan. (Tikir.) Sənə deyirəm axı,
Tanrının yaratdığı bütün məxluqların içində ən gözübağlısı
kişilərdi. Mən əvvəl dərzi olmuşam, sözlərimə inana bilərsən.
Əsl krujeva ilə saxtasını ayırmaqdan başqa, kişilər heç nəyi
bacarmırlar. Sənə deyirəm axı, kişilər ancaq ən üzdə olanı sezə
bilirlər.
Miranda. Mənim nəfəsim güclə çıxır.
Selestina. Bu, düzələn işdi. Yaxanı çox dartmışam? Görürəm,
sən bakirə deyilsən. Biz sadəcə tikişi qoltuqdan aşağı buraxarıq.
Boş şeydi. O, bunu onsuz da sezməyəcək, sezsə də, artıq gec
olacaq. Amma bircə əsmə! Bax ha, yoxsa sənə iynə batıraram.
Aşağıda əynində nə var?
Miranda. Aşağıda? Heç nə.
Selestina. Ən yaxşısı elə budu.
Miranda. Onsuz da bunun içinə güclə girdim.
Selestina. Alt paltarı məsələsində kişilər yaman qəribədilər,
xüsusən alicənab kişilər. Bəzən çəhrayı, bəzən də bənövşəyi
onları özlərindən çıxarır. Bizim zövqümüzdən əsəbiləşməyə
başlayırlar. Eynən romanlardakı kimi köks ötürüb burunlarını
sallayırlar: “Biz ikimiz ayrı-ayrı dünyalarıq!” Ardınca pəncərəyə
baxırlar. Ona görə də hər dəfə sizə təkid eləyirəm ki, onlarla ro-
manlardan çənə döyməyin! Bu, qalmaqala gətirib çıxara bilər.

369
   364   365   366   367   368   369   370   371   372   373   374