Page 365 - 2-ci cild
P. 365
Ìàêñ Ôðèø

Dieqo ata. Bu nə deməkdi?
Don Juan. Mən bildiyimi bilirəm. Məndən yaxanızı çəkin!
Amma bilmirəm, bu, komandora məlumdumu?
tenorio. Dəhşət!
Don Juan. Atacan, bilirəm, sənin ürəyin az qalır partlaya.
Sən artıq on üç ildi, bunu deyib durmusan. Və sən günlərin bir
günü ölsən, mən təəccüblənməyəcəm. (Qohumlara.) Vuruşacağıq,
ya yox!
Donna Elvira. Əzizim, Juan…
Don Juan. Hamınız məndən axı nə istəyirsiz?
Donna Elvira. Cəmi bir suala cavab ver. (Qohumlara.)
Qılınclarınızı gizləyin, mən gözləyirəm. (Don Qonsaloya.) Elə
sən də. (Qohumlar və don Qonsalo qılınclarını qınlarına salırlar.)
Don Juan Tenorio, siz axı bura Annayla, öz adaxlınızla
evlənmək üçün gəlmisiz, eləmi?
Don Juan. Dünənəcən beləydi.
Donna Elvira. Başa düşürəm, sonra siz pərt olduz. Anna da.
Və siz parka qaçdız. Anna da. Siz hər ikiniz məsələnin üstünün
açılacağından qorxursuz. Məgər belə deyil? Və sonra qaranlıqda
siz kimin kim olduğunu bilmədən bir-birinizi kəşf etdiz. Və bu,
çox gözəl idi.
Don Juan. Bəli.
Donna Elvira. Siz bir-birinizi tanımadınız.
Don Juan. Bəli.
Donna Elvira. Və siz xəyanət etdiyiniz adaxlınızla evlənmək
istəmədiz. Siz başqasıyla qaçmaq, onu qaçırmaq istədiz.
Don Juan. Bəli.
Donna Elvira. Bəs onda niyə bunu eləmirsiz?
Don Juan. Niyə?..
Donna Elvira. Onun sizi necə gözlədiyini özünüz də görürsüz
axı. Tək sizi, başqa heç kimi. Adaxlısıyla onu qaçıranın eyni
adam olduğunu biləndə onun çöhrəsinin necə nurlandığını özünüz
də gördüz axı.
Don Juan. Mən bacarmaram.

365
   360   361   362   363   364   365   366   367   368   369   370