Page 363 - 2-ci cild
P. 363
Ìàêñ Ôðèø

Don qonsalo. Mənim qızımı?
Don Juan. Don Qonsalo, axı mənim ağlıma da gəlməzdi ki,
bu, o…
Don qonsalo. Elvira, sən bir şey başa düşdün?
Donna Elvira. Səndən yaxşı başa düşdüm.
Don Juan. Əgər mən dünən elə yorğun düşüb hava işıqlana-
nacan yatmasaydım, doğru sözümdü, sizi bu tamaşadan xilas
edərdim. Amma mən nə eləyə bilərdim? Mən gecikmişdim.
Trubaların səsini eşidəndə fikirləşdim ki, daha özgə çıxış yolu
qalmayıb, gərək yalandan and içəm. Sizi hiddətləndirsəm də,
mən olanı deyirəm. Toy öz yerində, amma gecə, hava qaralan-
da… (Donna Annaya baxır.) İlahi! Mən bunu heç gözləmirdim!
Dieqo ata. Məhz nəyi?
Don Juan (Donna Annaya.) Ki, bu, sənsən.
tenorio. Dəhşət!
Don Juan. Ata, bu trubaların və buxurun xətrinə mən
inanmadığım bir şeyə and içən deyildim, amma indi özümə də
inanmıram. Kimi sevdiyimi özüm də bilmirəm. Düz sözümdü.
Mənim başqa sözüm yoxdu. Yaxşısı budu, məni buraxasız, özü
də tez. (Təzim edir.) Mən özüm də sarsılmışam.
Don qonsalo. Şorgöz!

Don Juan çıxışa tərəf istiqamət alır.

Yalnız mənim meyitimin üstündən! (Qılıncını çıxarır.) Yalnız
mənim meyitimin üstündən!

Don Juan. Bu, ciddi iş deyil.
Don qonsalo. Özünüzü qoruyun!
Don Juan. Bu haqda heç düşünmürəm.
Don qonsalo. Namusuma and içirəm ki, siz bu evdən çıxa
bilməyəcəksiz. Yalnız mənim meyitimin üstündən.
Don Juan. Amma mən axı sizi öldürmək istəmirəm.
Don qonsalo. Yalnız mənim meyitimin üstündən.
Don Juan. Bu, nəyi dəyişəcək ki? (O biri tərəfə istiqamət
alır.) Donna Elvira, sizin əriniz məni qatil eləmək istəyir. İcazə

363
   358   359   360   361   362   363   364   365   366   367   368