Page 367 - 2-ci cild
P. 367
Ìàêñ Ôðèø
o birini. Mən hər ikinizi itirdim, hər ikinizi, bir sifətdə. Mən
özümü də itirdim. (Bir də onun əlindən öpür.) Əlvida.
Donna Anna. Əlvida…
Don Juan gedir.
Juan, yaddan çıxarma: hava qaralan kimi nohurun yanında… bu
gün… gecə… Juan!.. Juan!.. (Onun ardınca gedir.)
Dieqo ata. Ona, o yaramaza imkan verəcəksiz, beləcə çıxıb
getsin?
Don qonsalo. Qoy göylər özü ona qənim olsun!
Dieqo ata. Göylər haqqında səndən də qabaq mən deməliy-
dim…
Don qonsalo. Onun ardınca! Qaçın! Parkı mühasirəyə alın!
Onun ardınca! Bütün itləri onun üstünə buraxıb parkı mühasirəyə
alın! Onun ardınca! Hamı qaçsın!
Donna Elvira və Tenoriodan başqa hamı gedir.
tenorio. Oğlumun bu hərəkətlərini görəndə, az qalır, ürəyim
partlaya.
Donna Elvira. O, qiyamət oğlandı.
tenorio. Mənə nə?
Donna Elvira. Hal-hazırkı məqamda bu, heç kimi maraqlandır-
mır, inanın mənə, heç kimi.
tenorio. Canı canımdan, qanı qanımdan olanın üstünə itləri
buraxıblar! Mən axı heç onun sizin qızı yoldan çıxardığına da
inanmıram. O, qadınlarla qəti maraqlanan deyil. Kim də bilməsə,
mən bilirəm. Bütün bunlar hamısı təzədən öz həndəsəsinə
qayıtması üçün onun qurduğu tələdi, biclikdi. Onun ürəyi daşdan
da bərkdi. Hətta mən ölsəm belə, o təəccüblənməyəcək. Özünüz
də eşitdiniz ki, təəccüblənməyəcək.
İtlərin hürüşməsi. Dieqo ata qayıdır.
367