Page 361 - 2-ci cild
P. 361
Ìàêñ Ôðèø

Donna Annanın fatasını açırlar.

Donna Anna, sən onu tanıyırsan? Cavab ver!
Donna Anna. Bəli.
Dieqo ata. Don Juan, sən onu tanıyırsan? Cavab ver.

Don Juan susur, sanki özündə deyil.

Cavab ver, Don Juan, sən onu tanıyırsan? Cavab ver.
Don Juan. Bəli… Əlbəttə… Hə, bəli!

Trubalar çalınır.

Dieqo ata. İndi növbəti suala cavab verin.
Donna Elvira. Bütün bunlar onu necə də sarsıtdı.
Dieqo ata. Donna Anna və Don Juan! Demək, siz bir-birinizi
tanıyırsız. Onun sizi göyün möcüzə məhəbbətini, yerin əzablarına
çevirmiş, süqut etmiş mələkdən-iblisdən hifz etməsi üçün bu
nikahınızın daimiliyinin nişanəsi kimi əllərinizi bir-birinizə uzat-
maqda tam israrlısızmı? Nə qədər nəfəsiniz gedib-gəlir, Ata,
Oğul və Müqəddəs ruhun xeyir-duasıyla verdiyimiz bu izdivaca
sadiq qalacağınıza and içməyə hazırsızmı?

Hamı xaç çəkir.

Mən səndən soruşuram, donna Anna.
Donna Anna. Bəli.
Dieqo ata. Mən səndən soruşuram, Don Juan.
Don Juan. Y-yox.

Trubalar çalınır.

Dieqo ata. Dualarımıza başlayaq.
Don Juan. Mən “yox” dedim.

361
   356   357   358   359   360   361   362   363   364   365   366