Page 357 - 2-ci cild
P. 357
Ìàêñ Ôðèø
Don qonsalo. Qızlar?
Dieqo ata. Hə.
Don qonsalo. Təxminən yeddi, ya doqquz.
Dieqo ata. Hm...
Don qonsalo. Mən nikah mərasimində iştirakdan əvvəl tövbə
etmək istərdim.
Dieqo ata. Başa düşürəm.
Don qonsalo. Söhbət mənim izdivacımdan gedir.
Dieqo ata. Siz məni qorxudursuz.
Don qonsalo. Düz on yeddi il mən xəyanət etməmişəm.
Dieqo ata. Bu, hamıya bəllidi, don Qonsalo. Sizin izdivacınız
öz mükəmməlliyinə görə nümunədi. Kafirlər qarşısında öyünə
biləcəyimiz yeganə məqamdı. Öz hərəmxanalarıyla bizim ailə
münaqişələrinə gülmək onlar üçün asandı. Mən təkrar etməkdən
yorulmuram. Komandor, əgər siz – əsl ər mücəssəməsi olan siz
olmasaydız... Amma davam eləyin.
Don qonsalo. O dedi: “Bütün bunlar sizə məxsusdu...”
Dieqo ata. “Götürün və kef edin!”
Don qonsalo. Bəli.
Dieqo ata. “Şirniyyat iyi gəlirdi...”
Don qonsalo. Bəli.
Dieqo ata. Sonra...
Don qonsalo. Qızlar ancaq ərəbcə anlayırdılar, yoxsa məsələ
heç vaxt belə uzağa getməzdi. Onlar məni soyundurmağa
başladılar… Mən onlara izah edə bilərdim ki, evliyəm, bəs biz
xristianlarda…
Dieqo ata. Sizi onlar soyundurdular?
Don qonsalo. Onlara bu işi Muhamməd öyrətmişdi.
Dieqo ata. Sonra?!
Don qonsalo. Dieqo ata, mən günah iş tutmuşam.
Dieqo ata. Danışın.
Don qonsalo. Düşüncəmdə günaha batmışam.
Dieqo ata. Necə yəni düşüncəmdə?
Don qonsalo. Mən sədaqətimə lənət yağdırdım.
357