Page 359 - 2-ci cild
P. 359
Ìàêñ Ôðèø

Mən təsadüfən lociyada görüb ona yaxınlaşdım.
Soruşdum, niyə dırnaqlarını çeynəyir? O, mənə ani baxaraq
sual etdi: “Donna Anna?” Utandığından elə karıxmışdı ki, elə
bilirdi, onun adaxlısı mənəm. Sanki adaxlısının simasını unutmuşdu.
Sanki onun adaxlısı mənəm! Hətta tumanının balaqlarını qaldırıb
getmək istəyəndə mənimlə vidalaşmadı da. O, yalnız mənə
baxmaqla kifayətləndi. Mən bunu güzgüdə gördüm. O, nəsə
transdaydı, tamamilə özünə qapılmış…
tenorio. Ümidimizi üzməyək…
Donna Elvira. Sanki edam qarşısında.

Trubalar çalır. Don Roderiqo və Don Juan daxil olur.

tenorio. Övladım!..
Don Juan. Ata!
tenorio. Adət tələb edir ki, mən bir neçə söz deyim. Amma
ürəyimin necə yerindən çıxdığı bircə Tanrıya bəllidir. Axı mən
səni ilk dəfədir, bəy qiyafəsində görürəm, ilk dəfə! Dostlarım,
yəqin, bununla nə demək istədiyimi anladılar: mənim balam,
ümid edirəm, ilk və son dəfə…
Donna Elvira. Biz anladıq.
tenorio. Adət tələb edir…
Dieqo ata. Qısa eləyin.
tenorio. Tanrı özü yar olsun, Tanrı özü yar olsun!

Don Juan xeyir-duanı almaq üçün dizi üstə dayanır.

Donna Elvira. Bu durumda o, necə də gözəldi.
Dieqo ata. Siz nə dediz?
Donna Elvira. Dizi üstə o, necə də gözəldi.

Don Juan qalxır.

Don qonsalo. Övladım!
Don Juan. Ata!

359
   354   355   356   357   358   359   360   361   362   363   364