Page 355 - 2-ci cild
P. 355
Ìàêñ Ôðèø
Donna Anna. Kimi?
Donna İnes. Qapının deşiyindən. Soruşursan, kimi? Elə bil
eynən qəfəsə salınmış pələngdi var-gəl eləyə-eləyə qalıb. Qəflətən
dayanıb qılıncını çıxardı, ora-burasına baxmağa başladı. Elə bil
duelə hazırlaşırdı. Özü də büsbütün ağ libasdaydı, Anna, əynindəki
ipək bərq vururdu.
Donna Anna. Fata hanı?
Donna İnes. Mən artıq sizin necə yanaşı dayandığınızı, onun
gecə kimi qara fatanı sənin başından necə açdığını görürəm.
Dieqo ata soruşur: “Don Juan, sən onu tanıyırsan? Donna Anna,
sən onu tanıyırsan?”
Donna Anna. Birdən bir-birimizi tanımadıq?
Donna İnes. Anna!
Donna Anna. Fatanı mənə ver!
Donna İnes. Əvvəl bir güzgüyə bax.
Donna Anna. Yox.
Donna İnes. Anna, sən gözəllər gözəlisən.
Donna Anna. Mən xoşbəxtəm. Bircə yenidən tez o gecə
olaydı. Mən qadınam. O dedi: “Bizim divardakı kölgələrimizə
bax. Bu, bizik – kişi və qadın”. Bu, yuxu deyildi. “Bircə utanma,
yoxsa mən də utanacağam”. Bu, yuxu deyildi. Biz güldük, sonra
o, məni qucaqlayıb adımı soruşmadan dodaqlarımdan öpməyə
başladı... Onun kim olduğunu mən də soruşmayım deyə elə hey
öpdü, öpdü, sonra məni qaldırıb nohurboyu apardı. Mən suyun,
qara suyun şappıltısını eşidirdim.
Donna İnes. Sənin adaxlın?
Donna Anna. İnes, tək o, mənim adaxlımdı, başqa heç kim.
Gecə məni nohurda gözləyəndə onu tanıyacağam. Dünyada ondan
başqa, mənə heç kimin haqqı çatmır. O, mənə mənim özümdən
də əzizdir.
Donna İnes. Sakit!
Donna Anna. Bircə yenidən tez o gecə olaydı!
Donna İnes. Bura gəlirlər!
Donna Anna. Fatanı mənə ver.
355