Page 353 - 2-ci cild
P. 353
Ìàêñ Ôðèø
Selestina. Bu, sənə verdiyim tərbiyəyə görə mənə “çox sağ
ol”undu?
Miranda. Ah Selestina...
Selestina. “Ah Selestina! Ah Selestina!” Gecənin bir aləmi
məni məsxərəyə qoymaq fikrinə düşmüsən? Elə fikirləşirsən,
məni də kişiləri aldatdığın kimi aldada bilərsən? Sən elə fikir-
ləşirsən? “İlahi, rəhm elə!” Hə, doğrudu, bu, sənə mane olmaz.
Amma vicdanıma and içirəm ki, mən səni bağışlamaq fikrində
deyiləm. Mən öz qiymətimi bilən adamam! Necə bilirsən, bu
cənablar bura niyə təşrif buyurur? Ki, sən onlara vurulasan? Ki,
sən onları fərqləndirəsən? Hər gün sizlərə təlqin eləyirəm: hər
yer qadınlarla doludu; istənilən yaşda və hər şeyə hazır qadınlarla
– ərlisi də var, subayı da... Xətrin nə qədər istəyir. Bəs onda onlar
niyə bizim yanımıza gəlirlər? Canım-gözüm, cavab budu: kişilər
bizim yanımızda o qurama hisslərdən dincəlirlər. Başa düşdün?
Elə buna görə də nağd pul verirlər. Bizim “işi” bağlamaq istəyəndə
hamının yanındaca don Oktavio, bizim o müdrik hakim nə dedi?
“Bizim canlara dəyən sahibəyə toxunmayın. Nə qədər ki qurama
hissləri canımıza sırıyan belletristika mövcuddu, biz onsuz keçinə
bilmərik”. Belə də dedi: “Keçinə bilmərik”. Bəs bu nə deməkdi?
Bu, o deməkdi ki, mən dövlətin himayəsi altındayam. Elə bilirsən,
mən ədəbsizliyi yaxına buraxsaydım, dövlət məni müdafiə edərdi?
Mən ürəklə alver eləmirəm. Aydındı? Mən öz aləmində başqasını
düşünən qızları satışa çıxarmıram. Ürək onlara öz evlərində
lazım olar. İndi bağlamanı götür, rədd ol!
Miranda. Mən indi necə eləyim?
Selestina. Ərə get.
Miranda. Selestina...
Selestina. Sənin buna kifayət qədər haqqın var. Ərə get.
Amma sən bir nömrəli fahişə ola bilərdin, ağlasığmaz tələbatdan
ərköyünləşən, zəmanənin ən yaxşı fahişəsi! İstəmədin? Könlündən
sevmək keçdi? Buyura bilərsən! Öz işindi. Xanım olmaq istədin?
Hələ bir gözlə, canım-gözüm, məni yada salarsan, amma gec
olacaq. Fahişə öz ürəyi ilə alver eləmir.
353