Page 351 - 2-ci cild
P. 351
Ìàêñ Ôðèø
Donna Anna. Bəli.
Dieqo ata. Amma salnaməçi deyir ki, təəssüf, bu ritual özünü
doğrultmadı. Həddən artıq yanlışlıqlar olurmuş. Sən mənə qulaq
asmırsan?
Donna Anna. Kimsə gəlir.

Donna Elvira qəsrdən çıxır.

Donna Elvira. Dieqo ata!
Dieqo ata. Nə olub?
Donna Elvira. Bura gəlin! Tez olun!

Dieqo ata səs gələn tərəfə gedib donna Elvira ilə birlikdə
yox olur. Donna Anna qaranlıqda tək qalır. Tovuz quşu xırıltılı
səslə qışqırır. Qəflətən donna Anna da vahimə içində bir qədər

əvvəl don Juanın üstündən atıldığı sürahibəndin üzərindən
atılır. O, Don Juanla üz-üzə gəlməmək üçün qaranlıq parkda

qeyb olur. Donna Elvira qayıdıb gəlir.

Donna Elvira. Anna! Bu qız harda qaldı? Anna!

Dieqo ata qayıdıb gəlir.

Dieqo ata. Əlbəttə, o, fahişənin birisidi. Adi Mirandadı. Onu
tanımayan yoxdu. Onun bu qəsrdə nə işi ola bilər? Onun yeri
küçədi. (Boş skamyaya baxır.) Donna Anna hanı?

Donna Elvira. Anna! Anna!
Dieqo ata. Yəqin, qəsrdədi.

Donna Elvira və Dieqo ata qəsrə tərəf gedir. Sükut. Tovuz
quşunun qışqırtısı.
İntermediya.

Səhnənin qarşısında Selestina və Miranda peyda olur.

351
   346   347   348   349   350   351   352   353   354   355   356