Page 347 - 2-ci cild
P. 347
Ìàêñ Ôðèø
Don Juan. Bilirəm, hamısı mənim qalanı ölçmək üçün gizlicə
Kordovaya yaxınlaşmağıma, onların bu səlib yürüşü naminə
həyatımı riskə atmağıma ciddi şəkildə inanıb.
Don Roderiqo. Məgər belə deyil?
Don Juan. Sən məni nə bilmisən?
Don Roderiqo. Başa düşmürəm.
Don Juan. Təzə başlayanlar üçün həndəsə, Roderiqo. Amma
hətta əgər mən bunu qumun üstə cızsam belə, yenə onlar, o
cənablar bir şey qanmayacaqlar. Odur ki, onlar bizim mərmilər
hədəfə dəyəndə möcüzələrdən, kabuslardan dəm vururlar, mən
güləndə də açıqları tutur. (Təşvişlə yan-yörəyə baxır.) Roderiqo...
Don Roderiqo. Sən nədən belə qorxursan?
Don Juan. Mən onu görməkdən qorxuram.
Don Roderiqo. Kimi?
Don Juan. Onun nə görkəmdə olduğu barədə təsəvvürüm
belə yoxdu.
Don Roderiqo. Donna Annanın?
Don Juan. Təsəvvürüm belə yoxdu... Bütün günü at sürmüşəm..
Onun üçün darıxmışam. Mən yolu asta gəlmişəm. İstəsəydim,
çoxdan burdaydım. Sevilyanın hasarlarını görən kimi quyunun
arxasında gizlənib havanın qaralmasını gözlədim. Roderiqo, gəl
açıq danışaq.
Don Roderiqo. Əlbəttə.
Don Juan. Kimisə sevdiyini sən necə bilərsən?
Don Roderiqo. Juan, əzizim...
Don Juan. Cavab ver.
Don Roderiqo. Səni anlamıram...
Don Juan. Mən özüm də özümü anlamıram, Roderiqo. Orda,
quyunun o bulanıq suyunda əksimə baxanda... Sən haqlısan,
Roderiqo, bütün bunlar çox qəribədi... düşündüm ki, mən sevirəm...
Tovuz quşunun qışqırtısı.
Bu nə səsdi?
347