Page 343 - 2-ci cild
P. 343
Ìàêñ Ôðèø
eləyirəm, gəlin bir-birimizi adımızla çağırmayaq. Yoxsa maskaradın
nə mənası?

Maskalı cütlük daxil olur.

qadın. Əlbəttə, bu, sənsən. Canımçün sənsən. Qoy bir əllərinə
baxım.

Kişi. Sən səhv salmısan.
qadın. Bu cür əllər heç kimdə yoxdu.
Kişi. Bizi eşidən olar.

Don Qonsalo və Tenorio maska taxır.

Don qonsalo. Getdik.

Don Qonsao və Tenorio gedir.

Donna Elvira. İkicə kəlmə, Dieqo ata!

Maskalı cütlük öpüşür.

Dieqo ata. Bu abırsızlar kimdi? Qadının səsi mənə tanış
gəlir. Əminəm ki, o, Mirandadı.

Donna Elvira. Siz gərək onunla danışaydız.
Dieqo ata. Mirandayla? O fahişəylə? Bu qəsrdə?
Donna Elvira. Donna Annayla.

Cütlük öpüşür.

Zavallı uşaq! O, xoşbəxtlikdən tamam başını itirib. Onun qayıdıb
gəldiyini bilən kimi qorxudan əsə-əsə qalıb, orda-burda gizlənir.

Dieqo ata. Bu vaxtacan atdan düşən süvarilərin ən gözəli!
Hop! Və o, artıq yerdədi. Elə bil quş uçub düşdü!

Donna Elvira. Dieqo!
Dieqo ata. Başqa nə?

343
   338   339   340   341   342   343   344   345   346   347   348