Page 341 - 2-ci cild
P. 341
Ìàêñ Ôðèø

Don qonsalo. Açığını desəm, heç mən də. Mənim casuslarım
onun barəsində çox pis rəydə idilər. Deyirdilər, o, mən də daxil
olmaqla, hamını lağa qoyur.

tenorio. Necə də dəhşət!
Don qonsalo. Bir gün mən onu öz çadırıma çağırıb üzbəsurət
sual etdim: “Heç bilirsənmi, biz bu səlib yürüşünü nə məqsədlə
aparırıq?” Eləcə güldü, vəssalam. Onda bir də sual etdim...
“Kafirlərə nifrətimizə görəmi?”
tenorio. Sizə nə cavab verdi?
Don qonsalo. Dedi ki, onlara qarşı heç bir nifrəti yoxdu.
tenorio. Dəhşət!
Don qonsalo. Əksinə, onlardan öyrəniləsi şeylər var, dedi.
Bir gün də onu mantar ağacının altında gördüm. Uzanıb kitab
oxuyurdu. Ərəblərin kitabını.
tenorio. Mən bilirəm, görüm onu lənətə gəlsin, həndəsə
kitabı imiş.
Don qonsalo. Soruşdum ki, niyə o kitabı oxuyur.
tenorio. İlahi, özün saxla! Nə cavab verdi?
Don qonsalo. Eləcə güldü, vəssalam.
tenorio. Dəhşət!
Don qonsalo. Gizlətməyəcəm, Tenorio ata, onun bu təbəssümü
məni özümdən çıxarırdı. Mən onu Kordovaya düşmən qalasının
uzunluğunu ölçməyə göndərəndə, əmrimi necə yerinə yetirdiyini
heç cür ağlıma sığışdıra bilmirəm. Düşünürdüm ki, cürəti çat-
mayacaq. Mən sadəcə istəyirdim ki, onun canından bu gülmək
həvəsini çıxaram. O, nəhayət, məni ciddi qəbul etsin. Səhəri gün
öz gözlərimə inanmadım. O, əlində kağız sağ-salamat mənim ça-
dırıma girdi. Ağ kağızda qara xətlə qalanın uzunluğu göstərilmişdi –
doqquz yüz qırx iki fut.
tenorio. Bunu necə bacarıb?
Don qonsalo. Mən bu cür qəhrəmanlıq göstərmək qabiliy-
yətində olmayan bütün zabitlərin gözü qarşısında onu bağrıma
basıb dedim. “Don Juan Tenorio, bugünəcən mən səni düzgün
qiymətləndirməmişəm. Amma bu dəqiqədən etibarən səni öz oğ-

341
   336   337   338   339   340   341   342   343   344   345   346