Page 339 - 2-ci cild
P. 339
Ìàêñ Ôðèø

BİRİNCİ AKt

Qəsrin qarşısı.
Gecə. Musiqi. Gənc bir insan qəsrdə nələrin baş verdiyini ey-
vandan müşahidə eləmək üçün pilləkənlə yuxarı qalxır. Tovuz
quşunun çığırtısı. Kimsə eyvanda görünür və o gənc sütunların

arxasında gizlənir.

Donna Elvira. Don Juan! Don Juan!
Donna İnes. Burada heç kəs yoxdu.
Donna Elvira. Axı onun atı tövlədədi.
Donna İnes. Ola bilməz, donna Elvira. Bu qaranlıqda onun
burada nə işi ola bilər? Mən tamam donmuşam, bu tovuzun
çığırtısından da ki, tüklərin biz-biz durur.
Donna Elvira. Don Juan! Don Juan!
Donna İnes. Palmaları külək tərpədir... Elə bil daş pilləkəni
qılınclayırlar. Bu, mənə tanışdı, donna Elvira. Hər gecə elə ki
pəncərəyə yaxınlaşıram, bu səsi eşidirəm. Palmaların yarpaqları
xışıldayır, başqa bir şey deyil.
Donna Elvira. Mən bilirəm, o, burdadı. Onun atı tövlədədi.

Onlar qeyb olurlar. Bayaqkı gənc pəncərəyə baxmaq üçün
sütunların arxasından çıxır. Amma dərhal da gizlənir. Əks

tərəfdən bir yaşlı kişi və kök rahib peyda olur.

tenorio. Deyirsiz, döz. Dildə demək asandı, Dieqo ata. Əgər
o sarsaq heç gəlib çıxmasa necə? Axı artıq gecəyarı olub. Döz!
Siz mənim oğluma heç də qahmar durmayın. O, eynən anasına
çəkib, onda ürək deyilən şey yoxdu. Daş kimi soyuqdu. Əgər
iyirmi yaşında bir insan deyirsə ki, qadınlar onu qəti maraqlan-
dırmır... İnanılası deyil. Amma Dieqo ata, ən dəhşətlisi də elə
budu ki, o, yalan danışmır. Fikirləşdiyini deyir. Onun sevgilisi
həndəsədi. Düz mənim gözümün içinə belə də bəyan etdi. Onun
üstündə mən nələr çəkməmişəm?! Siz axı özünüz də deyirsiz ki,

339
   334   335   336   337   338   339   340   341   342   343   344