Page 335 - 2-ci cild
P. 335
Vitold Qombrovi÷

qonaqlar (təəssüflə). O!
İvonna (yeməyə başlayır).
Kral (qəmgin halda İvonnaya). Amma ehtiyatla yemək
lazımdır, yoxsa boğula bilərsən! Dabanbalığı üzdən belə adi
görünür, əslində isə…
Kamerger (İvonnaya). Zati-aliləri özünə rəva bilir, qeyd
etsin ki, yemək zamanı ehtiyatlı olmaq lazımdır. Əks halda,
adam boğula bilər. (Kəskin tərzdə.) Təhlükə böyükdür! Bu, çətin
balıqdır!
Kral (hədələyici tonla). Sizə deyirəm, təhlükəli balıqdır!
qonaqlar (təəccüblə). Ah! (Hamı dayanır. Sükut.)
Kraliça (qürurla). Eh bien, Ivonne, vous ne manges pas ma
chere?1
Kamerger (gözünə monokl taxır). Xor baxırsınız? Zati-
alilərinin dabanbalığına xor baxırsınız?
Kral (hədələyici tonla). Nə məsələdir?
İvonna (tək yeməyə başlayır).
Kral (qalxıb hədəylə İvonnanı göstərərək). Boğuldu! Boğuldu!
Sümükdən! Onun boğazında sümük qaldı! Sümük deyirəm sizə!
Belə!!!
İvonna (boğulur).
qonaqlar (sarsıntı içində yerlərindən atılıb qalxaraq). Xilas
edin! Su! Belinə vurun!
Kraliça (sarsıntı içində). Xilas edin!
qonaqlar. Ah, zavallı! Nə böyük bədbəxtlik! Fəlakət! Meyit!
Öldü! Mane olmayın! (Hamı meyiti göz qabağında qoyaraq
çıxır.)
Şahzadə. Öldü?
Kamerger. Sümükdən boğuldu.
Şahzadə. Ah! Sümükdən. Deyəsən, doğrudan, öldü.

Sükut.

Kraliça (əsəbi, guya bir qədər xəcalət çəkərək). İqnatsi, ma-
təm mərasiminə hazırlaşmaq lazım gələcək. Sənin qara kostyumun
yoxdur. Sən kökəlmisən, kostyumlarının biri də əyninə gəlmir.

1İvonna, əzizim, siz yemirsiniz?

335
   330   331   332   333   334   335   336   337   338   339   340