Page 331 - 2-ci cild
P. 331
Vitold Qombrovi÷

Yaxşı, mənim havam qoy yerində olsun, elə sənin də, amma əgər
kiminsə havası yerində deyilsə, onda biz havası yerində olanlar
onun havasına oynayacağıq, tra-lya-lya, ay oynayacağıq ha,
oynayacağıq ha…

İza. Filipp, özü də sən bütün bunları dünən gecə aramızda
olanlardan sonra deyirsən?

Şahzadə (qulaq asaraq). Xoruldayır.
İza. Nə?
Şahzadə. Xoruldayır.
İza. Yox, sən artıq ədəb çərçivələrini aşırsan.
Kral (kənara). Aşır! Di haydı, irəli! Qoy aşsın. Ux, ux! Aş!
Şahzadə (qeyri-iradi Krala cavab verərək). Mən onu aşmaq
iqtidarında deyiləm. Nəyə lazım? Bu sözü kim dedi? Bu otaqda
nələr baş verir? Bir baxın, bu otaqda hər şey necə əcaib görünür –
bütün bu mebel. (Kresloya təpik vurur.)
Kral. Əcaib! Ux! Ux!
Kamerger. Susss.
Kirill. Ya onu, axır ki, öldürəcəyik, ya da buranı tərk edək.
Mən daha əlimdəki bu zənbillə beləcə dayanıb qala bilmirəm.
Yaxşısı budur, mən gedim, ya da qaçım. Qəsrdən qaçım. Mən
daha burada qala bilmirəm. Üçüncü artıqdır, mənlik deyil.
Şahzadə. Mən gərək səddi aşım! Gərək səddi aşım!
Kral. Ürəkli ol!
İza. Öp məni. (Kirillə.) Qoy o, məni öpsün.
Şahzadə (qulaq asaraq). Əsnədi!
İza. Yetər. Mən gedirəm.
Kirill. Şahzadə, öp onu. Lənət şeytana, bir hərəkətə gəlin ki,
sizi öpsün də. Qoy o, sizi öpsün!
Kral. Qoy öpsün. Ux, ux! Ürəkli ol!
Kamerger. Susss!
İza. Mən ondan öpüş dilənmək fikrində deyiləm. Andıra
qalmış zənbillə və bıçaqla bu zavallının qapısı önündə sonsuza
qədər dayanıb durmaq istəmirəm. Yetər. Mən həmişəlik gedirəm.
Daha bezdim.
Şahzadə. Məni qoyub getmə! İza, mən səni öpəcəyəm.
Gözlə!

331
   326   327   328   329   330   331   332   333   334   335   336