Page 327 - 2-ci cild
P. 327
Vitold Qombrovi÷

Kamerger tacı verir.

Kraliça. İqnatsi, bu nə deməkdir? Tacını götür, İqnatsi, nəyə
lazım?! İqnatsi?!

Kral. Marqarita, əgər mən sənə süfrəyə dabanbalığı verilməsini
dedimsə, tapşır, versinlər. Və mübahisə etmə, yoxsa başına bir
oyun… mən eləyərəm, istəsəm, eləyərəm, eləyərəm, çünki
günahım çoxdur, mənim əlimdən nə desən gələr, arvad, qarşımda
özünü dartma, günah mənim əlimdə nədir ki?! Mən günahlar
kralıyam, başa düşürsən, səfehliklər, günahlar, cəzasızlıqlar, ah-
uflar kralı!

Kraliça (sarsıntı içində). İqnatsi!
Kral (sakitləşərək). Di yaxşı, yaxşı, yaxşı… Əmr elə, süfrəyə
dabanbalığı versinlər. Və ən yüksək çinli əyanları dəvət elə, ən
mükəmməl, ən təcrübəlilərini… Elə praktikləri ki, insanda iblisin
özündən də artıq vahimə yarada bilir, onu iflic edir. (Astadan.)
Marqarita, bütün abır-həyanı, qorxularını bir kənara qoy, anladın?
Bütün bu poeziya, əsnək, başınağacı, quşarmudu yetər… Sən
artıq məsum qızcığaz deyilsən, sən xanımsan, kraliçasan, bildin?
Əyilmək sənlik deyil, qoy sənin qabağında əyilsinlər, bildin? Ey,
pinti, əl-üzünü yu, lap müqəvvaya oxşayırsan. Zərxara libasını
geyin, ona nəyə qadir olduğunu göstər! Di haydı! Özünü topla,
bütün gözəlliyini, cazibəni, ləyaqətini, taktını, maneranı nümayiş
etdir. Bəs mən səni nəyə görə saxlayıram? O yaramaz xanımlarına
da tapşır ki, bacardıqları qədər özlərinə bəzək-düzək versinlər.
Di get, get, dediklərim sənə çatdı? Və hər şey gərək təmtəraqlı
ola! Qəbul gərək bayram kimi keçsin, xanımların müşayiətiylə,
pintilərin yox. Qonaqları dəvət elə və tapşır, süfrə hazırlasınlar,
qalan məsələlərə qarışma, qalan məsələlər mənlikdir! Təkəbbürlə,
yuxarıdan-aşağı, əzəmətlə! Di get daha, get, aşpaz qadın! (Kraliça
kralın monoloqunun sonunda üzünü tutaraq çıxır.) Kamerger…
Kamerger. Bəli, zati-aliləri!
Kral (astadan, qəmgin halda). Mənə təzim et…. İstəyirəm,
sən mənə təzim edəsən…
Kamerger (qulaq asaraq). Gələn var.
Kral (ağır-ağır). Onda gizlənək.

327
   322   323   324   325   326   327   328   329   330   331   332