Page 325 - 2-ci cild
P. 325
Vitold Qombrovi÷

bütün quşarmudularını yada sal və get! O-o-o, gedirəm, gedirəm!
Ah, özümü məcbur eləyə bilmirəm, bütün bunlar xalis dəlilikdir!
İndi, bircə dəqiqə, üzümüzü boyayaq, bir də bax bunu… (Üzünü
mürəkkəblə bulaşdırır.) Bax belə, indi bu ləkələrlə yüngül olar…
İndi mən başqa adam oldum. Dayan, bu, səni ələ verə bilər!
Gedək! Xəbərçiyə ölüm! Bacarmıram! Bir az da oxuyaq! Mən
gərək bir az da oxuyam. (Şeirləri götürür.) Bunu oxuyaq. Bu,
bizi cuşa gətirib qətl törətmək yanğımızı daha da artıracaq.

Kral (onun qarşısına atılır). Marqarita!
Kraliça. İqnatsi!
Kral. Belə ələ keçərsən! Göstər görüm! (Dəftəri dartıb almaq
istəyir.)
Kraliça. Burax məni.
Kral. Göstər! Göstər! Ay səni, qatil! Sənin günah əməllərinlə
yaxından tanış olmaq istəyirəm! Göstər, sonra da yeni bir bal ayı
təşkil edək! Göstər, murdar qadın!
Kraliça. Ah! (Özündən gedir.)
Kamerger. Su! Onun halı pisdir!
Kral. Hə, görürsən, vəziyyət necə dəyişdi! Əsnək olmaq
arzusundadır, ona görə də bəbəni öldürmək istəyir! Amma bunun
daha fərqi yoxdur. Mən onsuz da çoxdan onu öldürmüşəm.
Kraliça (özünə gələrək). Öldürmüsən? Kimi öl…
Kral. Mən onu suda boğdum! Kamergerlə. Biz onu kamergerlə
birlikdə suda boğduq…
Kamerger. Su! Bu da su!
Kraliça. Suda boğdun? İvonnanı boğ…
Kral. Səfeh. İvonnanı yox, amma bunun daha fərqi yoxdur.
İvonnanı yox, o birini, hə, orada biri vardı. Lap çoxdan. İndi
məndə nələrin gizləndiyini sən də bilirsən. İndi bildin? Sənin
hələ üstəlik, xəcalətini də çəkdiyin şeirlərin mənim günahlarımla
müqayisədə heç nədir. Mən o birini öldürdüm, indi də bu bəbəni
öldürəcəyəm. Bəbəni də öldürəcəyəm.
Kraliça. Bəbəni öl…
Kral. Hə, indi də bəbəni öldürəcəyəm. Hər şey olduğu kimi
alınsa, onu da. Onu da və həmişə belə olacaq… Həmişə kimsə,
haradasa, nə vaxtsa, kimisə… həmişə belə olur… Bu olmasın, o
biri olsun, əgər o deyilsə, onda yenə budur. Və həmişə belə
olacaq – qətiyyətlə, əzəmətlə, ötkəmliklə, əminliklə. Qorxunu

325
   320   321   322   323   324   325   326   327   328   329   330