Page 329 - 2-ci cild
P. 329
Vitold Qombrovi÷

səni sevmir. Kirill, mənim xətrimə elə. Cəmi-cümlətanı bir an…
Bu ki lap cərrahiyyə əməliyyatı, prosedur kimi bir şeydir. O, hiss
etməyəcək. Heç nə bilməyəcək və yadda saxla ki, həmin an,
sənin bu işi gördüyün an o, daha mövcud olmayacaq, hər şey
ondan kənarda baş verəcək. Bu, yüngül bir şeydir. Yalnız biz
hərəkət edəcəyik, birtərəfli olacaq, bunun ona heç bir aidiyyəti…

Kirill. Əksinə, yüngül iş daha ağır olur. (Bıçağı alır.)
Şahzadə. Yox, yox, yox!
Kirill. Yox?
Şahzadə. Elə təsəvvür yaranır ki, elə bil sən toyuq kəsməyə
hazırlaşırsan.
Kirill. Məgər olmaz? Axı elə təsəvvür yaranmışdı ki, olar,
amma sən demə, olmaz. Bu nə şeytan əməlidir? Yəqin, səbəb
onun həddən artıq xəstəhal, zəif olmasındadır. Bax işdi, əgər
kök, yanaqları qırmızı bir arvad olsaydı... amma bunun rəngi
qaçıb… Rəngi qaçana əl qalxmır…
Şahzadə. Kimsə baxır.
Kirill. Mən baxıram.
Şahzadə. Yox, bizə baxan var, kimsə hər şeyi görür.
Kirill. Mən görürəm.
Şahzadə. Hə, sən mənə baxırsan, mən də sənə. Get, yaxşısı
budur, mən özüm. Özüm hər şeyi eləyərəm. Olsa-olsa, bir prose-
durdur. Düzdür, dəhşətlidir, amma prosedurdur. Bütün ömrüm
boyu dəhşət içində yaşamaqdansa, bir anlıq dəhşətə üstünlük
verirəm. Qapının dalında dayan, hər şeyi mən özüm… (Kirill
çıxır.) Özüm. Onun üçün bu, bir xilasdır... Onun, elə mənim də
bütün əzablarımın sonu… Bu, məqsədyönlü prosedurdur, məqsəd-
yönlü… hm… (Ətrafı nəzərdən keçirib bıçağı götürür, sonra
yerinə qoyur.) Kirill!
Kral (möhkəm ehtirasla kənara). E-e-h, fərsiz!
Kirill. Nə oldu? (Qayıdır.)
Şahzadə. Təklikdə lap çətindir. Adam tək olanda elə ki işi...
işi, işin ölçüləri… (Qulaq asır.) Bu nədir?
Kirill. Nəfəs alır… (hər ikisi qulaq asır).
Şahzadə. Nəfəs alır... (Qapıya boylanır..) Hə! Belə nəfəs
alır, belə yaşayır, özünün içində… Özünə qərq olaraq… özünə

329
   324   325   326   327   328   329   330   331   332   333   334