Page 333 - 2-ci cild
P. 333
Vitold Qombrovi÷

Kraliça bal libasında daxil olur. Nökərlər şam yeməyi üçün
süfrəyə lazım olanları gətirirlər, onların ardınca qonaqlar daxil

olur.

Dayanın! Belə bir şey alınmayacaq! Dabanbalığını unutmu-
sunuz! Onu hündürdən! Hündürdən ha, alçaqdan yox! Ləyaqətlə,
əzəmətlə! Heyrətləndirib, sonra da o məsələ… İrəli! Marqarita,
başla görək! İrəli! (Qonaqlara.) Xahiş edirəm!.. Buyurun!..
Cənablar, keçin! Filipp, yaxanı düzəlt, saçını dara… hündürdən,
ləyaqətlə, mənim oğlum! Tut! (Kamergerə.) Tacımı mənə ver.

Şahzadə. Nə olub burda?
Kamerger. Əlahiddə bir şey yoxdur, sadəcə şam yeməyi!
Kral (qonaqlara). Sizləri ürəkdən salamlayıram! Xahiş
edirəm, buyurasınız.
Kraliça. Buyurun. Xoş gəlmisiniz!
qonaqlar. Zati-aliləri! (Təzim edirlər.)
Kral (qonaqlara). İş başına! Di haydı! Yerləri tutun! Kamerger,
hər kəsə rütbəsinə uyğun yer təklif et və qoy ləyaqətlilər ləyaqət-
sizlərin, ləyaqətsizlər ləyaqətlilərin qəlbini qırsınlar. Yəni, mən
demək istəyirəm ki, ləyaqətlilər ləyaqətsizlər qarşısında qanuni
qürur hissi keçirsinlər, ləyaqətsizlər isə ləyaqətlilərdən stimul
alıb bu nəcib rəqabət zamanı yorulmadan səy göstərsinlər. Mənim
gələcək gəlinimi isə bizim qarşımızda əyləşdir. Axı bugünkü
qəbul onun şərəfinə təşkil edilib.
qonaqlar. A-a-a! (Təzim edirlər.)
Kraliça. Amma iyerarxiyadakı yerinə baxmadan, qoy hər bir
xanım bizim mərhəmət dolu günəşimiz altında bütün varlığıyla
bərq vursun. Qoy xanımlar nəyə qadir olduqlarını nümayiş
etdirsinlər, cənablar da özlərini onlara nümayiş etdirsinlər.
Parlaqlıqla, cənablar, şuxluqla, alicənablıqla, aydınlıq və zərifliklə!
Kral. Bəli, bəli, tutun… yəni onu… İrəli! Əyləşin!
qonaqlar. A-a-a! (Təzim edirlər.)

Kral və Kraliça əyləşir.

Kamerger (İvonnaya). Madmazel, zəhmət olmasa, əyləşin.

İvonna tərpənmir. Kamerger soyuq səslə sözünə davam edir.

333
   328   329   330   331   332   333   334   335   336   337   338