Page 323 - 2-ci cild
P. 323
Vitold Qombrovi÷

(Danışır.) Onlar barədə yalnız sən biləcəksən, yalnız sən. O-
o-o! (Üzünü tutur.) Necə də dəhşət, dəhşət… Öldürmək, öldürmək…
(Flakona baxır.) Zəhər, zəhər…

Kral (kənara). Zəhər?
Kraliça (ağrıyla). Yalnız sən biləcəksən. (Əlini yelləyərək.)
Dalını oxuyuruq. Oxuyuruq! Qoy bu mütaliə bu dəhşətli əməli
törətmək üçün mənə qüvvət versin. (Oxuyur.)

Ah, insanlar, sizlərin gözündə başımda tac,
altımda taxt var.
Ah, içimi yandıran

odu-alovu necə görəsiz axı.
Məni qürurlu,

Sərt və ağıllı sanırsınız.
Mən isə yalnız əyilgən olmağın həsrətindəyəm.

(Danışır.) O-o, əyilgən! O-o-o! Əyilgən. Bunu mənmi yazmışam?
Bu, mənimdir! Mənim! Öldürmək, öldürmək! (Oxuyur.)

Əsnək olmaq istəyirəm, başınağacı kimi,
Quşarmudu kimi əsnək.

Və Messalina kimi hissiyyatlı.
İstəyirəm, coşa-coşa əyilim,
May küləyi kimi elastik olum.
Yalnız əsnək istəyirəm! Əzəmət lazımım deyil!

Ah, mən necə də əyilgənlik həsrətindəyəm, abır-həyaya nifrətim
var. O-o, əsnək! Əsnək! A-a-h! A! Yandırmaq, məhv etmək!
Başınağacı, quşarmudu, Messalina… Necə də dəhşət! Bunları
mən yazmışam! Bunlar mənimdir, mənimdir və nə olsa belə,
mənim olacaq! O-o, bunun necə dəhşətli olduğunu ancaq indi
görürəm! Və demək, İqnatsi… oxuyub! O-o! Amma oxşarlıq
var, oxşarlıq! Var… o qızın öz içində əlləşməyi ilə, onun içində
nəyinsə şappıldamağı ilə… Hə, əlbəttə, onunla mənim poeziyam
arasında dəhşətli bir vəhdət var! Xəbərçi! O, məni ifşa edir! Bu,
mənəm! Mən! Bu, mənimdir! Bizim aramızda oxşarlıq var. Ah, o

323
   318   319   320   321   322   323   324   325   326   327   328