Page 319 - 2-ci cild
P. 319
Vitold Qombrovi÷

Kral. Heç kimdən. Məxsusi heç kimdən. Öz kefim üçün
özümü gizlətmişdim. (Gülür.) Başa düşürsən, bu otaq bizim o
bəbənin otağına birləşir. Marqarita da hərdən-hərdən buradan
keçir, hətta burada əyləşir də. Burada nələrisə görə bilərsən.
Odur ki, mən də görmək istədim. Öz gözlərimlə görmək istədim.

Kamerger. Kimi?
Kral. Başa düşürsən, heç kim məni görməyəndə camaatın
necə olduğuna, özünü necə apardığına baxmaq istədim. Neçə
illərdir bir yerdə yaşayırıq, amma mən, düzünə qalsa, onun
haqqında heç nə bilmirəm. Onun vicdanı təmiz deyil. Hm…
Ondan nə desən... ondan nə desən... ondan… Əşi ondan nə desən
gözləmək olar. Nə desən. Fikrimə gətirəndə başım fırlanır. Bəlkə,
o, mənə xəyanət edir? Yəqin ki, edir. Bəlkə, başqa da nəsə var.
Hə, nə desən! Nə desən! Onun günahlarını öz gözlərimlə görmək…
Kamerger. Zati-aliləri taxtın arxasından…
Kral. Mumla, eşşək. Mən bilə-bilə taxtın arxasında gizlənmişdim
ki, görüb-eləyən olmasın. Taxtın arxasından olar! (Gülür.) Olar!
Kamerger, bəs sən niyə buradasan? Niyə mebelləri ora-bura
düzürsən, həm də nədən bu natürmortu belə məhəbbətlə əzizlədin?
Kamerger. Bunumu? Elə-belə…
Kral. Elə-belə? Əgər elə-belədirsə, onda danış görək. Axı
elə məndə də məsələ elə-belədir.
Kamerger. Belə də, özüm üçün qəsrdə gəzə-gəzə bir balaca…
Kral. Nə?
Kamerger (gülür). Çətinlik yaradıram.
Kral. Çətinlik?
Kamerger. Məsələn, elə bu kreslonu götürək. Əgər belə da-
yanıbsa, onun üstündə oturmaq çətindir. (Gülür.) Ola bilər, nəyi-
sə düşüb…
Kral. Kamerger, bəs gavalı tumlarını niyə tullayırsan?
Kamerger. Yolu çətinləşdirirəm.
Kral. Yolu? (Qüssəylə.) A-a, deməli, o, sənə də gəlib çatdı…
bizim o bəbə. Di yaxşı, heç nə olmaz, olmaz.
Kamerger. Zati-aliləri, mən müəyyən ictimai səviyyə qazanmış
adamam, kübar adamam, odur ki, bəzilərinə dözə bilmirəm…

319
   314   315   316   317   318   319   320   321   322   323   324