Page 315 - 2-ci cild
P. 315
Vitold Qombrovi÷

İnnokenti. Üzr istəyirəm, belə etmək olmaz! Şahzadə, siz
öznüzü bu qıza sevdirib, indi də onu kənara itələyirsiniz! Çar
ədaları! Siz onu bədbəxt etdiniz! Mən etiraz edirəm!

Şahzadə. Nə? Nə? Siz etiraz edirsiniz?
İnnokenti. Üzr istəyirəm, mən etiraz etməyə çalışıram.
(Şahzadənin sərt baxışları altında qəflətən əyləşir.)
Şahzadə. Bir baxın görün bu adam öz etirazının üstündə
necə oturdu.
Kirill. Elə bil it öz quyruğu üstə oturdu. Di yolçu yolda
gərək! Öz gözəllər gözəlinizi də özünüzlə götürün.
Şahzadə. Dayanın. Qoy saçı versin!
Kirill. Şahzadə, hansı saçı?
Şahzadə. İvonna, saçı ver. Qoy saçı versin!
İza. Mənim saçım kifayət qədərdir. Filipp…
Şahzadə. Yox, yox, qoy versin. Mən bu saçın… onda
qalmasına… dözə bilmərəm! Ver! (Saçı alır.) Aldım! Nə olsun
ki, aldım? O ki bu saçı yox, bizim hər ikimizi özünə bağladı!
(İzaya.) Biz orada, ondayıq. Onda. Onun hakimiyyəti altında,
hamınız çıxın! Mən indi gəlirəm, Kirill!

Şahzadə və Kirilldən başqa, hamı çıxır.

Onu qəsrdə saxla. İmkan vermə getsin. Onlara denən ki, bizim
ayrılmağımızı hələlik bəyan etməsinlər. Qoy bir müddət hər şey
olduğu kimi qalsın.

Kirill. Belə də bilirdim, bilirdim, o, elə yerindəcə qalacaq.
Yenə başladın?!

Şahzadə. Əksinə, birdəfəlik nöqtə qoymaq istəyirəm. Amma
sən qorxub-eləmə. Mən gərək onun… (Öz boğazını göstərir.)

Kirill. Nə?! Kimi?!
Şahzadə. İvonnanı.
Kirill. Səni bütün müqəddəslərə and verirəm, ağlını başına
yığ. Axı artıq hər şey qaydasına qoyulub. Sən ondan qırıldın,
mən onu evlərinə yola salacağam. O, bir də burada olmayacaq.

315
   310   311   312   313   314   315   316   317   318   319   320