Page 317 - 2-ci cild
P. 317
Vitold Qombrovi÷

DÖRDÜNCÜ AKt

Qəsrdə otaqlar. Fanfar sədaları altında Kral, onun ardınca
əyanlar daxil olur.

Kral (fikirli halda). Di yaxşı, yaxşı. Siz məni lap bezdirdiniz.
Mənim öz qayğılarım özümə bəsdir. Başqa nə sözünüz var?

Kansler. Zati-aliləri, biz fövqəladə səfiri və səlahiyyətli naziri
Fransaya hansı kostyumda göndərmək məsələsini mütləq həll
etməliyik: frakda, yoxsa mundirdə?

Kral (qəmgin halda). Qoy lüt getsinlər. (Əyanlar təəccüb-
lənirlər.) Üzr istəyirəm, mən bu gün nəsə bir qədər fikirliyəm.
Nədə istəyirlər, qoy getsinlər, amma bircə öz hesabına getsinlər.

Əyanlar. Zati-alilərinin dərin müdrikliyinə əmin olduğumuzdan
bizlər məhz belə qərar gözləyirdik.

qofmarşal. Zati-aliləri, şahzadə Filippin əsl alicənablıq
göstərərək cəmiyyətin aşağı təbəqəsinin üzvü olan İvonna Çopeklə
demokratik nişanlanma mərasimi şərəfinə bu axşama təntənəli
şam süfrəsi təşkil olunub. Zati-aliləri, bəlkə, sizin menyu ilə
bağlı xüsusi göstərişləriniz var?

Kral. Bütün artıq-urtuqları süfrəyə verərsiniz… (Əyanlar
təəccüblənirlər.) Yəni mən demək istəyirdim, delikateslər… Nə
gözünüzü zilləmisiniz?

Əyanlar. Zati-alilərinin dərin müdrikliyinə bələd olduğumuzdan
bizlər məhz belə bir qərar gözləyirdik.

Məhkəmə sədri. Zati-aliləri, daha bir məqam qoca Xlipekin
əfvi ilə bağlıdır. Bütün on iki instansiyanın hamısının müsbət
rəyi də əlavə olunub.

Kral. Nə? Necə əfv edək? Onu edam edin!
Əyanlar. Zati-aliləri!
Kral. Dedim, edam edin. Sizi təəccübləndirən nədir? Əfv
etmək hüququ mənim səlahiyyətimdədir. Mən isə əfvə razı
deyiləm. Qoy boğulsun! Əclafa ölüm, amma ona görə yox ki, o,
əclafdır, ona görə ki, mən… hm… O məsələ… Mən nə demək
istəyirdim? Biz hamımız əclafıq. Elə siz də. Bəsdir gözlərinizi

317
   312   313   314   315   316   317   318   319   320   321   322