Page 321 - 2-ci cild
P. 321
Vitold Qombrovi÷

Kral. Dabanbalığının məsələyə nə dəxli?
Kamerger. Var, zati-aliləri! Təntənəli yemək mərasimində
məhz dabanbalığı verilməlidir. Zati-aliləri, ola bilsin, siz də fikir
vermisiniz, adam çox olanda, o, özünü daha çox itirir. Dünən
mən ona belə də… bir azca… yuxarıdan baxanda …o, az qala
yediyi kartofdan, bəli, bəli, adi kartofdan boğulacaqdı. Necədir,
zati-aliləri, süfrəyə dabanbalığı verilir, sonra da ona sərt, təkəbbürlə
baxırsan… (Gülür.) Dabanbalığı çətin balıqdır… tıxlıdır…Tən-
tənəli mərasimdə xeyli sayda yad adamların nəzarəti altında bu
balıqdan boğulmaq çox asan məsələdir.
Kral. Kamerger… (Ona baxır.) Bütün bunlar bir qədər…
səfehlikdir… Dabanbalığı deyirsən?
Kamerger (incik halda). Bilirəm, səfehlikdir. Səfehlik olma-
saydı, deməzdim.
Kral. Kamerger, amma… əgər o, doğrudan da… Əgər…
Düşünürsən ki, o, doğrudan da, boğula bilər?..
Kamerger (təkəbbürlə). Zati-aliləri, belə bir imkanı yaxın
buraxırsınız? Bu ki səfehlikdir. Və əgər hətta qeyri-adi şəraitdə…
belə bir bədbəxtlik baş versə… burada bizlik nə var… bu ki
səfehlikdir, eləmi?
Kral. Bəli, amma… biz axı indi elə bu barədə danışırıq, hə?
Kamerger. Oh, bizim bu söhbət… belə də, sözdür də, gəldi…
(Dırnaqlarını nəzərdən keçirir.)
Kral. Sözdür də gəldi? Xeyr! Biz bu cür də edəcəyik! Onunla
ciddi, təkəbbürlə davransan, istədiyin oyunu başına aça bilərsən,
ən səfeh oyunu da, eləsini ki, heç kim, hətta şübhələnməyi belə
ağlına gətirməz. Dabanbalığı? Nədən karp olmasın? Kamerger,
soruşuram, nədən karp olmasın?
Kamerger. Dabanbalığı, dabanbalığı...
Kral. Amma nədən karp olmasın? Yaxud siyənək? Nədən?
Nədən? Yaxşı, qoy dabanbalığı olsun. Hm… (Təşvişlə.) Sərt?
Kəskin? Təkəbbürlü?
Kamerger. Məhz belə. Müqəddəs hökmdar, hamısı da bütün
əzəmətiylə.

321
   316   317   318   319   320   321   322   323   324   325   326