Page 313 - 2-ci cild
P. 313
Vitold Qombrovi÷

deyilsən. Çox təəssüf edirəm, amma başqa cür mümkün deyil.
Sən İzanın, özündə yüksək dərəcədə ehtiva etdiyi seksuallıqdan
xalisən. Baş verənləri sənə belə ətraflı, belə gözlənilmədən izah
etdiyimə görə hirslənmə, amma sənin hesabına, mənim ləl-
cəvahirim, məhz sənin hesabına qəflətən canıma hopan bu qəribə
yüngüllükdən istifadə etmək qərarına gəldim. (İzanın əlindən
öpür. Sonra İvonnaya.) Niyə belə dayanıb-durmusan? Nə olar,
dayan, nə qədər ürəyin istəyir dayan, mənim üçün fərq etməz!
Və əlvida! Mən gedirəm, üzürəm, yola çıxıram, uzaqlaşıram,
səndən qırılıram! Və sən elə ayaq üstə qalacaqsan!

Kirill. O, elə ayaqüstə qalacaq! Qoy lap on il dayanıb qalsın!
Nə xoş gün!

Şahzadə (İzaya). Bağışla, ləl-cəvahirim, mən sənin razılığını
soruşmağı unutdum. Məni rədd etmə. (Onun əlini öpür.) Sənə
hər toxunuş məni sağaldır. Elə indicə bütün lazımi göstərişləri
verəcəyəm. Bizim nişanlandığımızı dünyadan gizlətmək lazım
deyil. Valideynlərim də şad olacaq. Kamerger… bizim canlara
dəyən Kamerger! Saray adamları… hamı necə də yüngülləşəcək.
Axı saraydakı mühit, doğrudan da, dözülməz olmuşdu. (İvonnaya.)
Niyə sən elə dayanıb-durmusan? Məncə, bizim aramızda hər şey
artıq aydındır. Əzizim, sən indi nəyi gözləyirsən?

Kirill. Özünə qalsa, yerindən tərpənən deyil.
Şahzadə. Onu, bunun o sevgilisini çağır, qoy özünə götürsün,
ya da istənilən halda buradan aparıb daimi yaşayış yerinə çatdırsın.
Kirill. Mən elə bu dəqiqə onu gətirərəm və biz bunu yola
salarıq. Elə bu dəqiqə, Filipp! Bircə… bax ki, burada nəsə bir
hoqqa çıxarmasın!
Şahzadə. Qorxma!

Kirill çıxır.

Sən isə ürəyin nə qədər istəyir, beləcə dayan-dur, daha məni
axmaq yerinə qoya bilməyəcəksən. Mən daha başqa adamam.
Tonumu dəyişən kimi hər şey dəyişdi! Bax sən mənim vicdanıma
məzəmmət nişanəsi kimi dayanıb-durmusan, amma heç vecimə

313
   308   309   310   311   312   313   314   315   316   317   318