Page 309 - 2-ci cild
P. 309
Vitold Qombrovi÷

Valentin daxil olur.

Çıx, Valentin. Ana, mən səninlə təklikdə danışmaq istəyirəm.
Kraliça. Mən səninlə söhbət etməyə razılıq verərəm, amma

əvvəlcə de görüm, sözün nədir.

İza çıxır.

Şahzadə. Xanım, sən kifayət qədər ehtiyatlı adamsan. Üzr
istəyirəm, ana, amma mənim sənə …deyəcəyim …deyəcəyim
ola bilər müəyyən qədər ekssentrik və qaba görünsün. Heç özüm
də bilmirəm, necə deyim. Doğrudanmı mənim adaxlım krala
sənin hansısa intim günahlarını xatırladır?

Kral və Kamerger daxil olur.

Kraliça. İqnatsi, sən Filippə nə demisən?
Kral. Nə demişəm? Mən heç nə deməmişəm. O, məni
bezdirdi, mən də ağzımı açdım. O da elə bir ucdan nə, necə,
niyə?.. Mən də ona bütün həqiqəti açdım. Yaxşısı budur, məni
yox, qoy səni bezdirsin.
Kraliça. İqnatsi!
Şahzadə. Bir dəqiqə… bir dəqiqə… Bir düşünün, görün
məni nə vəziyyətə qoyursunuz. Durduğu yerdə atam mənim
adaxlımın üstünə düşür. Onu küçə söyüşləriylə söyür və səbəbini
soruşanda, hansı ki buna tam haqqım var, siz mənə elə sözlər
deyirsiniz ki, bütün bunlar barədə nə fikirləşməli olduğumu,
bütün bunlara nə münasibət bəsləməli olduğumu özüm də anlaya
bilmirəm. Nə alınır? Anam günah işlədib deyə atam mənim
adaxlımın üstünə düşməlidi?
Kral. Bəli, atılmalıdır. Bəli, mən üstə atılan atalardanam! Di
de görüm, de görüm, səncə, burada düzgün olmayan nədir?
Nədir, məgər səbəb öz günahlarımdır? Marqarita, sən niyə elə
baxa-baxa qalmısan? Məni süzmə, yoxsa mən də səni süzərəm.

309
   304   305   306   307   308   309   310   311   312   313   314