Page 305 - 2-ci cild
P. 305
Vitold Qombrovi÷

Kamerger. Sakit. Eşidə bilərlər.
Kral. Qorxur. Kamerger, o biri yadındadırmı?.. Həmin onu
deyirəm… biri vardı ha… qorxurdu… Bəbə. M-m-mu… Tyu-
tyu…
Kamerger. Mən deyərdim, bu, heç qorxmağı da bacarmır…
Bəzi saray xanımları elə gözəl qorxurlar ki – cazibədarlıqla,
nəvazişlə. Bu birisinin qorxusu da elə bil nəsə çılpaqdır. (İkrahla.)
Lüt-üryandır!
Kral. Xa... Nəsə xatırladım.
Kamerger. Xatırladın?
Kral. Qorxur. Xatırlayırsanmı, Kamerger, onu xatırlayırsanmı…
o biri vardı ha… hansını ki biz… lap çoxdan. Hər şey necə də
unudulur.
Kamerger. Zati-aliləri, kimi deyirsiniz?
Kral. Hə, çoxdan olub. Mən özüm də tamam unutmuşam.
Mən onda şahzadəydim, sən isə kamerger kimi hələ layihə idin.
O balaca yadındamı, onu deyirəm… hansını ki biz… Deyəsən,
elə bu taxtdaca… Deyəsən, o, dərzi idi…
Kamerger. Aha, taxtın üstündə, dərzi… Ah cavanlıq, cavanlıq,
gözəl vaxtlar idi. (Valentin daxil olur.) Valentin, sənə nə lazımdır?
Nə olar, mane olma.

Valentin gedir.

Kral. Sonra öldü də, eləmi? Nəsə, deyəsən, boğuldu…
Kamerger. Bəs necə! Bugünkü kimi yadımdadır. Körpüyə
tərəf getdi, körpüdən də çaya… Ah cavanlıq, cavanlıq, ondan
gözəl nə ola bilər?
Kral. Sənə elə gəlmirmi ki, o da bu özünü naza qoyana
oxşayırdı?
Kral. Zati-aliləri, nə danışırsınız, bu ətli-canlı bir sarışındır,
o isə arıq, incə, qaraşın idi.
Kral. Hə! Amma o da qorxurdu. Bəbə. M-m-mu. Eynən belə
qorxurdu. Əsə-əsə qalmışdı yaramaz!

305
   300   301   302   303   304   305   306   307   308   309   310