Page 303 - 2-ci cild
P. 303
Vitold Qombrovi÷

müqəddəs əsməcəni bəzən özüm də keçirirəm. Bununla belə,
mən hesab edirəm ki, zati-aliləri onunla təklikdə çənə döyməyi
özünə rəva görsəydi, bunun xeyri olardı… Bu, onda böyük özü-
nəinam hissi yaradardı…

Kral. Mən onunla təklikdə? Bu bəbəylə?
Kraliça. Əla fikirdir. Onu yavaş-yavaş düzəltmək lazımdır –
ilk əvvəl haradasa kənarda, təklikdə, sonra o, bizə öyrəşəcək,
beləcə, biz onu qapalılıqdan və utancaqlıqdan xilas edəcəyik.
İqnatsi, buna ciddi yanaş. İndi mən hansısa bir bəhanəylə onu
bura göndərəcəyəm. Filipp də, yaxşı ki, indi həkimlə söhbət
eləyir. Mən onu guya yun kələfinin dalınca göndərəcəyəm, sən
də ona bir ata kimi yanaş. (Çıxır.)
Kral. Kamerger, sən də hərdən ağzını elə boş qoyursan ki,
mən axı onunla nədən danışım?
Kamerger. Zati-aliləri, bu ki ən adi bir şeydir: yaxınlaşıb
üzünə gülürsən, dindirirsən, zarafatlaşırsan. Onda, əlbəttə ki, o
da gülümsəməli, hətta gülməli olacaq. Bu zaman isə zati-aliləri
siz təzədən gülümsəyirsiniz. Və elə məhz bu gülüşlərdən bizim
kübar münasibətlər adlandırdığımız mühit yaranır.
Kral. Mən gülümsəməyi göstərərəm, göstərərəm… O
utancaqdır deyə gərək mən onun qarşısında əyilib-büzüləm?
Kamerger, bu işlə sən özün birtəhər məşğul ol. (Getmək istəyir.)
Kamerger. Amma zati-aliləri! Axı zati-alilərinin əlində qorxu
yaratmaq kimi, cəsarət vermək də su içmək kimi bir şeydir.
Kral. Bəli, amma o qorxur… Başa düşürsən… axı bu… id-
bar qorxur.
Kamerger. Hər bir insan nədənsə qorxur.
Kral. Razıyam. Amma o, nəsə belə ölgün kimi qorxur, lap
adamın zəhləsini aparır. (Təşvişlə.) Kamerger, o, laqeydcəsinə
qorxur. Oho, gəlir. Dayan, mən burada onun qarşısında təkbaşına
təlxəklik etməyəcəyəm ki. Getmə, qal. E-e-e. (Sifətinə xoş ifadə
vermək istəyir.)

İvonna daxil olur.

303
   298   299   300   301   302   303   304   305   306   307   308