Page 299 - 2-ci cild
P. 299
Vitold Qombrovi÷

Kral. Biz bura şəxsən ona görə təşrif buyurmuşuq ki, o…
Tanrı özün rəhm elə, o yenə nə oyun çıxarıb? Xanımlar giley-
güzarla Kraliçanın üstünə qaçıb gəldilər ki, bəs bizim oğlumuz
bu müqəvvayla bilərəkdən, məzə üçün nişanlanıb. Bəs o, bu
hərəkətiylə onun görkəmindəki hansısa… qüsurları məsxərəyə
qoymaq istəyib… ha-ha-ha! Ay dələduz. Neynək, əgər yalnız
buna görədirsə, dərd yarıdır.

Kraliça. Hər halda, belə oyunlardan çıxmaq olmaz. Mənim
freylinlərim həddən artıq hiddətlidirlər, siz isə burada yersiz
zarafatlar etməyi özünüzə rəva görürsünüz.

Kamerger. Bəli, bəli, bəli! Əgər məsələ yalnız bunda olsaydı!
Ehtiyatı əldən verməyin!

Kral. Nə baş verib?
Kamerger. Baş verib… o baş verib ki, indi o, orada ona vu-
rulmaqla məşğuldur… Onu sevmək istəyir… Xeyr, burada baş
verənlərin hamısını sözlə izah etmək mümkün deyil. Adamın dili
gəlmir. Vəziyyət… partlayıcı xarakter alır. Zati-aliləri! Ehtiyatlı
olun, yoxsa partlayacaq!
Kral və Kraliça. Biz nə edək?

ÜçÜNCÜ AKt

Qəsrdə otaqlar. Kirill stulda əyləşib. İki xanım pıqqıldaya-
pıqqıldaya onun yanından ötüb-keçir. Onların ardınca Şahzadə

daxil olur.

Şahzadə. Sən burada nə edirsən?
Kirill. Oturmuşam.
Şahzadə. Sonra?
Kirill. Sonrası yoxdur.
Şahzadə. Onlar nə danışırdılar? O özündən razıların nəyə
güldüklərini sən eşitmədin? Onlara diqqət vermədin?
Kirill. Arvadlar elə həmişə gülürlər. Pıqqıldamaq istənilən
qadının təbii vəziyyətidir. Çünki təbəssüm onlara həmişə yaraşıq
verir.

299
   294   295   296   297   298   299   300   301   302   303   304