Page 297 - 2-ci cild
P. 297
Vitold Qombrovi÷

Şahzadə. Vurulub… Amma nifrət etməliydi. Mən onunla
məzələnirəm. Təhqir edirəm. O isə vurulub. Və indi məni…
sevir. Ona dözə bilmədiyimə görə. Buna görə məni sevir. Vəziyyət
ciddiləşir.

Valentin daxil olur.

Get, Valentin! İndi mən nə edim?
Kamerger. Şahzadə, siz gərək bu işə cavan yaşınıza uyğun
yüngüllüklə yanaşasınız!
Şahzadə (İvonnaya). Yox. Demək ki, yox. Sən məni sevmirsən?
İvonna (susur).
Şahzadə. Əgər o, məni sevirsə, buradan belə nəticə çıxır ki,
mən onun… sevimlisiyəm. Və əgər mən onun sevimlisiyəmsə,
demək sevgilisiyəm… Mən onun içindəyəm. O, məni özünə
bağlayıb. Və əgər o, məni sevirsə, ona nifrət etməyə… haqqım
yoxdur. Bir halda ki, mən orada onun işində, daxili dünyasında
bir sevgilisi kimi mövcudamsa, burada əvvəlki kimi ona nifrət
etməyə haqqım yoxdur. Ah, axı mən, əslinə qalanda, həmişə elə
hesab etmişəm ki, yalnız burada – öz-özümə, özüm özümdə
mövcudam. İndi də birdən-birə, al gəldi! O, məni tutdu və mən
onun içinə, tələyə düşən kimi düşdüm! (İvonnaya.) Bir halda ki,
sənin sevimlinəm, onda səni sevməyə bilmərəm. Səni sevməli
olacağam… və səni sevəcəyəm…
Kirill. Sən nə fikirləşmisən?
Şahzadə. Onu sevməyi.
Kirill. Sən nəsə müəmmalı bir şey fikirləşmisən! Bu, mümkün
deyil.
Şahzadə. İvonna, şlyapanı başına qoy.
Kirill və Kamerger. Siz hara belə? Siz hara belə?
Şahzadə. Biz gəzişəcəyik. İkilikdə. Təklikdə. Bir-birimizi
sevmək üçün.

Şahzadə və İvonna gedir.

297
   292   293   294   295   296   297   298   299   300   301   302