Page 293 - 2-ci cild
P. 293
Vitold Qombrovi÷

qonaqlar (ucadan) Ha-ha-ha!
Şahzadə (daha da ucadan). Ha-ha-ha!
qonaqlar (tərəddüdlə). Ha-ha-ha!
Birinci xanım. Təəssüf ki, mən getməliyəm… Yadıma düşdü
ki, görüşüm var. Şahzadə, ümid edirəm, siz məni bağışlayarsınız.
İkinci xanım. Mən də getməliyəm… Şahzadə, üzr istəyirəm…
Məni gözləyirlər… (Astadan Şahzadəyə.) İndi mənə aydın oldu.
Bütün bunlar bizim acığımıza qurulub! Yəqin ki, bizi dolamaq
üçün, hə? Şahzadə, siz bizimlə məzələnmək istəmisiniz? Siz bu
zavallıya bizə gülmək üçün nişanlanmısınız! Bu, sadəcə bəzi
saray xanımlarının… qüsurlarına və eyiblərinə acı bir işarətdir.
A-a, mənə çatdı! Siz İolantanın masaja və kosmetikaya nə qədər
qüvvə sərf etdiyi barədə eşitmisiniz ... odur ki, İolantanı gülüş
hədəfinə çevirmək üçün… bu pintiylə nişanlanmısınız, ha-ha!
Mən sizin bu hoqqanızdakı istehza dolu mənanı tapdım! Xuda-
hafiz!
Şahzadə. İstehza dolu məna?
Birinci xanım (dinləyəndən sonra). Hətta, əgər belədirsə,
onda bu iş sənin iki qoyma dişini hamının müzakirəsinə çıxarıb
gülmək üçün qurulub. O dişlərdən hamı xəbərdardır! Ha-ha,
şahzadə, ona qarşı bu qədər amansız olmayın, ha-ha, xudahafiz,
mən gecikirəm.
İkinci xanım. Mənim dişlərim? Amma, məncə, sənin qoyma
döşlərin!
Birinci xanım. Ya da sənin əyri belin!
İkinci xanım. Yaxşısı budur, ayaq barmaqlarına fikir verəsən!
qonaqlar. Vaxtdır! Biz daha gedək!
Şahzadə. Cənablar, niyə axı qaçıb gedirsiniz?
qonaqlar. Artıq getmək lazımdır! Xudahafiz! Vaxtdır!

Kamerger və İnnokentidən başqa, bütün qonaqlar gedirlər.
Onların sözlərinin sədası gəlir: “ayaq”, “dişlər”, “masaj”,

“kosmetika” və acı gülüş.

293
   288   289   290   291   292   293   294   295   296   297   298