Page 291 - 2-ci cild
P. 291
Vitold Qombrovi÷

Birinci xanım. Heç kim yoxdur. (Ora-bura baxır.)
İkinci xanım. Gülməkdən özümü zorla saxlayıram!
(Pıqqıldayır.)
Birinci cənab. Sakit, sakit, əziz xanımlar!.. Yalvarıram, bircə
ciddi olun.

Xanımlar pıqqıldayırlar.

Xahiş edirəm, pıqqıltısız.

Xanımlar pıqqıldayırlar.

Biz gəzintidən sonra elə belə, heç nə olmamış kimi gəlib
dəydik, bilək-görək, iş nə yerdədir.

Birinci xanım. Siz ciddi deyirsiniz? Ha-ha-ha! Bu, ideyadır!
Bir baxın, onun şlyapası! Şlyapa! Gülməkdən özümü zorla
saxlayıram!

İkinci xanım. Adam gülməkdən partlaya bilər!
Kamerger. Təmkinli olun! Təmkinli olun! Özünüzü ələ alın!
qonaqlar. Hi-hi-hi, oy, ürəyim getdi! Hi-hi-hi! Dayan, yoxsa
qəşş edəcəyəm! Sən dayan! Belə də gülmək olar? Adam az qalır
gülməkdən partlasın! (Bir-birlərini dümsükləyə-dümsükləyə
astadan gülürlər. Gülüş səsləri gah ucadan, gah da astadan
gəlir. Gülməyən bircə İnnokentidir.)

Şahzadə, Kirill və İvonna daxil olur.

Şahzadə! (Hamı təzim edir.)
Kamerger. Biz burada, yaxınlıqda gəzişirdik. Özümüzü
saxlaya bilmədik. (Əllərini bir-birinə sürtür.) Bütün dəstə!
Şahzadə. İvonna, əzizim. Cənablar, sizə öz adaxlımı təqdim
etməyə şadam.
qonaqlar. A-a-a! (Təzim edirlər.) Xoşbəxtlik arzulayırıq!
Xoşbəxtlik arzulayırıq!

291
   286   287   288   289   290   291   292   293   294   295   296