Page 287 - 2-ci cild
P. 287
Vitold Qombrovi÷

Bu ki lap heyrətamizdir, Kirill! Qiyamətdir! Mən belə bir şeyi ilk
dəfədir görürəm. Əgər birinci biz özümüzə gülsək necə?

Kirill. Bunun da köməyi olmayacaq. Bu gülüş ona rəhmimizdən
doğacaq, qurama olacaq.

Şahzadə. Burada nəsə bir iblisanə kombinasiya gizlənir.
Nəsə spesifik bir şey, cəhənnəm dialektikası. Bir ona baxın, de-
məzsən ki, o, vəziyyəti bütün dərinliyi ilə dərk etməyib. Qəbir
kimi sussa da, adam üzündən hər şeyi oxuyur. Bilirsən, bu, mənə
perpetuum-mobileyə oxşar bir sistemi xatırladır: yəni elə bil itlə
pişiyi bir taxtaya bağlamısan, it pişiyi qova-qova qorxudur, pişik
də iti qova-qova qorxudur və hər ikisi bir-birini sonsuza qədər
dəli kimi qova-qova qalıblar. Çıxış yoxdur.

Kirill. Sistem qapanıb və hermetik şəkildə bağlanıb.

Şahzadə. Yaxşı! Bəs lap əvvəldə nə baş verib? İlkin əmələ
gələn nə olub? Axı lap əvvəldən nəsə olmalıydı. Niyə siz qorxur-
sunuz? Çünki ağciyərsiniz. Niyə siz ağciyərsiniz? Çünki bir az
qorxursunuz. Amma lap əvvəldə nə olmuşdu, nə vaxtsa lap keç-
mişdə bu, sizdə necə əmələ gəlmişdi?

İvonna (susur).
Şahzadə. Dayan, dayan. Neynək, yaxşı, amma məgər sizdə
layiqli heç bir şey yoxdur! Doğrudanmı heç nə? Siz axı sırf qü-
surlardan ibarət ola bilməzsiniz, özünüzdə özünüzə xoş gələn
nəsə müsbət bir cəhət olmalıdır. Görərsiniz, biz bu qığılcımı oda
çevirəcəyik, sizi həyata qaytaracağıq.
İvonna (susur).
Şahzadə. Gözlə! Dayan. Bu, çox vacib məqamdır. Məsələn,
tutaq ki, kimsə yaxınlaşıb sənə ən murdar və iyrənc sözləri deyir,
eləsən, beləsən. O sözlər ki insanı öldürür, məhv edir, dilini-
ağzını qurudur, həyatını alır. Sən isə belə cavab verirsən: “Bəli,
bu, həqiqətdir, mən beləyəm, amma…” Nə amma?
İvonna (susur).
Kirill. Nə oldu? Nə amma? Cəsarətli olun.

287
   282   283   284   285   286   287   288   289   290   291   292