Page 283 - 2-ci cild
P. 283
Vitold Qombrovi÷

Kamerger (saray adamlarına işarə edir). A-a-a!
Saray adamları. A-a-a!
Kral (fikridağınıq halda). Hə, hə… Hə, ümumiyyətlə…
Əlbəttə…
Kraliça (tələsik). İndi isə öz adaxlını ötür və tapşır ki, onun
üçün yer hazırlasınlar. (Səxavətlə.) Özü də hər şey bol olsun!
Kamerger (saray adamlarına işarə edərək). A-a-a!
Saray adamları. A-a-a!

Şahzadə, İvonna, Kirill və saray adamları gedirlər.

Kral. Bax buna deyərəm, hə… Qoymayın yıxılım! Siz
gördünüz? Siz belə bir şey görmüşdünüz? Belə çıxdı ki, o, bizə
yox, biz ona təzim etdik! (Sarsıntı içində.) Ay səni, eybəcər məx-
luq!

Kraliça. Bəli, eybəcərdir, amma hərəkəti gözəldir!
Kamerger. Əgər gəlin özü eybəcərdirsə, hərəkətləri, təbii ki,
gözəl olmalıdır. Zati-aliləri, bir neçə günə şahzadənin bu ovqatı
öz-özünə keçib-gedəcək, sadəcə bu işi sürətləndirmək lazım
deyil. Üstəlik, elə günü bu gün mən ona baş çəkib onun əsl
məqsədinin nə olduğunu üzə çıxarmağa cəhd edəcəyəm. Bu, adi
bir qeyri-adilikdir, amma onu qıcıqlandırmaq, onun müqavimət
göstərməsinə rəvac vermək olmaz. Biz indi gərək özümüzü
təmkinli aparaq.
Kraliça. Və nəzakətli.

Gedirlər.

İKİNCİ AKt

Şahzadənin istirahət yeri. Bir qapıdan şahzadə, Kirill, İvonna, o
biri qapıdan əlində əsgiylə nökər Valentin daxil olur.

Şahzadə (Valentinə). Valentin, səndən xahiş edirəm, əl-ayağa
dolaşma.

283
   278   279   280   281   282   283   284   285   286   287   288