Page 279 - 2-ci cild
P. 279
Vitold Qombrovi÷

Xalalar qaçıb aradan çıxırlar.

Kral. A! Filipp! Hə, görürəm sən pis əylənmirsən! Nə demiş-
dim? Qan başqa şeydir!

Kraliça. İqnatsi!
Kral. Sizə deyirəm, qan başqa şeydir! Tamam özüməm!
(Kənara.) Amma mənə elə gəlir, bu pəri bir azca… nəsə… Oğ-
lum, bəs bu müqəvva kimdir?
Şahzadə. Zati-aliləri, icazə verin təqdim edim. Mənim adax-
lım.
Kral. Nə?
İza. O, zarafat eləyir!
Kral. Ha-ha-ha! Zarafat! Lətifə! Oğlum, belə görürəm, mənim
zarafatcıllığım sənə də keçib. Doğrudan da, həyatda adama başqa
nə qalır ki. Və qəribə işdir, özüm də bilmirəm, zarafat nə qədər
səfeh və bəsitdirsə, mənə bir o qədər ləzzət eləyir. Dərhal cavanla-
şıram.
Kamerger. Zati-alilərinin bu müdrik qeydiylə tamamilə razı-
yam. İnsanı, doğrudan da, səfeh zarafat kimi heç nə cavanlaşdıra
bilməz.
Kraliça (narazılıqla). Filipp…
Şahzadə. Bu, heç də zarafat deyil.
Kraliça. Necə yəni? Zarafat deyil? Onda bəs nədir?
Şahzadə. Mənim nişanlım!
Kral. Nə?

Saray adamları heyrət içində qaçırlar.

Kraliça (hiddətlə). Hər şeydən əvvəl hamıdan xahiş edirəm,
nəzakətli olsun. (İvonnaya.) Bir baxın, görün, necə gözəl ağacdır.
(Şahzadəyə.) Filipp, sən onu nə vəziyyətə qoyursan? Bizi nə və-
ziyyətə qoyursan? Özünü nə vəziyyətə qoyursan? (Krala.) İq-
natsi, bircə sakit ol!

279
   274   275   276   277   278   279   280   281   282   283   284