Page 275 - 2-ci cild
P. 275
Vitold Qombrovi÷

Üzlərində kinayəli ifadə gəlib düz İvonnanın qarşısında
dayanırlar. Sonra ucadan gülməyə başlayırlar.

Kiprian. Ha-ha-ha! Düz ağzının üstünə!
İza. Onu rahat buraxın, bunun mənası yoxdur!
Birinci xala (İvonnaya). Görürsən, sənə görə nələr çəkirik.
İkinci xala. Düşünürdüm ki, mənim qadın kimi peşmançılıq
hisslərimə heç olmasa qocalanda son verilər, gülməli görünə
biləcəyimdən ehtiyatlanmaram. Budur qocaldım, amma sənə
görə hələ də təhqirlərə dözməli oluram.
Kiprian. Eşidirsən? İndi onlar qızı dilə tuturlar. Ha-ha-ha,
ona belə lazımdır! Onu necə lazımdır, silkələyin!
İkinci xala. Yenə bizə gülürlər. Amma çıxıb getmək olmaz,
onda da dalımızca güləcəklər… Qalanda da üzümüzə gülürlər!
Birinci xala (İvonnaya). Əziz balam, niyə dünənki balda sən
heç ayağını da tərpətmədin?
İkinci xala. Niyə heç kim səninlə maraqlanmır? Məgər bu,
bizə xoşdur? Biz bütün qadınlıq qürurumuzu sənə həsr etmişik,
sənsə… Niyə sən xizək sürmürsən?
İkinci xala. Niyə şüvüllə tullanmayla məşğul olmursan?
Başqa xanımlar tullanır.
Kiprian. O necə də yöndəmsizdir! Onun elə bircə görünüşü
məni qıcıqlandırır! Dəhşətli dərəcədə qıcıqlandırır! Bu bədheybət
məni lap özümdən çıxarır! İndi gedib o oturacağı aşıracağam!
Necə olar, hə?
Kirill. Yox, lazım deyil. Bu boyda əziyyət nəyə lazım? Ona
eləcə barmaq göstərmək, əl yelləmək, ya da buna bənzər bir şey
kifayət edər. Belə bir məxluqa qarşı istənilən jest təhqir anlamına
gələcək. (Asqırır.)
İkinci xala. Bax gördün? Artıq bizə asqırırlar!
İza. Əl çəkin ondan.
Kiprian. Yox, yox, gəl onunla məzələnək, nəsə bir hoqqa
çıxaraq. Ağlıma bir şey gəldi: özümü axsaq kimi göstərim, qoy o
da elə düşünsün ki, heç axsaq it də onu adam yerinə qoymur.
(Oturacağa tərəf getmək istəyir.)

275
   270   271   272   273   274   275   276   277   278   279   280