Page 273 - 2-ci cild
P. 273
Vitold Qombrovi÷

ləyaqətini hər şeydən üstün tutan, həddən ziyadə özünə vurğun
olan insanlar üçün o qədər də təhlükəsiz deyil. Sizin həmin
saatlarda başladığınız işlər xeyir gətirə bilər, amma ola bilsin,
zərəri də…” Bax belə, həmişə olduğu kimi.

İza daxil olur.

Sizi salamlayırıq!
Kiprian. Böyük şövqlə!
Kirill. Qürur hissiylə!
İza. Günaydın! Şahzadə, siz burada, təklikdə nə edirsiniz?
Şahzadə. Öz borcumdan çıxıram. Atam öz varlığıyla əyanlarına
ruh verir, mən isə öz varlığımla onların qızlarını xəyallara qərq
edirəm. Bəs nədən kraliçanın yanında deyilsiniz?
İza. Gecikmişəm. İndi gedib haqlamaq istəyirəm. Gəzintidəy-
dim.
Şahzadə. Ah, gedib haqlamaq istəyirsiniz. Kimi?
İza. Şahzadə, siz yaman fikirlisiniz. Nədən səsiniz belə me-
lanxolikdir? Məgər siz həyatdan həzz almırsınız? Mən ancaq bu-
nunla məşğulam.
Şahzadə. Mən də, elə ona görə də…
Hamı. Nə?
Şahzadə. Heç nə.
İza. Heç nə? Şahzadə, siz xəstə deyilsiniz?
Kirill. Soyuqdəymə?
Kiprian. Miqren?
Şahzadə. Yox, əksinə, elə bil nəsə cuşa gəlmişəm! Nəsə cuşa
gəlmişəm! İnanın, emosiyalarım, sözün birbaşa mənasında, aşıb-
daşır!
Kiprian (oyan-buyana baxır). O-o, pis sarışın deyil. Heç
də… Heç də…
Şahzadə. Sarışın? Əgər qaraşın desəydin də, heç nə dəyiş-
məyəcəkdi. (Əzgin görkəmdə oyan-buyana baxır.) Ağaclar və
ağaclar… Heç olmasa, nəsə təzə bir şey baş versin.

273
   268   269   270   271   272   273   274   275   276   277   278