Page 277 - 2-ci cild
P. 277
Vitold Qombrovi÷

Şahzadə. Qəribədir! (İvonnaya.) Bəs siz, siz də heç nə hiss
etmirsiniz?

İvonna (susur).
İkinci xala. O nə haldadır ki? O nə hiss eləyə bilər ki?
Şahzadə. Bilirsiniz, sizə baxanda elə hey ürəyimdən keçir
ki, nəsə başınıza bir oyun açım. Məsələn, sizi xalta qayışına
keçirib irəli çapım, ya üstünüzə süd axıdım, ya sancaqla deşim,
yaxud nəyləsə qurdalayım. Sizin görkəminiz məni qıcıqlandırır.
Siz qırmızı əsgi kimi bir şeysiniz, adamı yolundan çıxarırsınız.
Bəli! Elə adamlar var ki, onlar elə bil başqalarını təbdən çıxarmaq,
qıcıqlandırmaq, havalandırmaq üçün doğulublar. Belə insanlar
var və onlar yalnız konkret insanlara təsir edirlər. Ah! Necə otu-
rursunuz, bu barmaqlarınızı necə şaqqıldadırsınız, ayaqlarınızı
necə yelləyirsiniz! Misli-bərabəri yoxdur! Sadəcə qiyamətdir!
Heyrətamizdir! Siz bunu necə edirsiniz?
İvonna (susur).
Şahzadə. Ah, siz necə susursunuz! Siz necə susursunuz! Və
bununla bərabər, necə də küskün baxışlar! Və siz sadəcə gözəllik
mücəssəməsi kimi görünürsünüz, təhqir olunmuş kraliçaya
bənzəyirsiniz! Hər şeyə inciklik və hiddət hopub! Ah, sizdə nə
qədər ləyaqət və irad cəmləşib! Yox, mən dəli oluram. Hər adamı
dəlilik həddinə gətirə biləcək bir məxluq mövccuddur. Mənim
üçün yaranmış məxluq sizsiniz! Və siz mənim olacaqsınız! Kirill,
Kiprian!

Kirill və Kiprian yaxın gəlir.

İcazə verin, bu təhqir olunmuş kraliçanı, bu qürurlu Anemiyanı
sizə təqdim edim! Bir baxın, dodaqlarını necə tərpətdi… O, bizə
tikanlı cavab vermək istərdi, amma indi onun ağlına bir şey gəl-
mir.

İza (yaxın gəlir). Bu nə səfehlikdir! Onu rahat buraxın!
Bütün bu oyunlar ləzzətini itirməyə başlayır.

Şahzadə (kəskin tərzdə). Demək, siz bu ana qədər ləzzətin
olduğunu iddia edirsiniz?

277
   272   273   274   275   276   277   278   279   280   281   282