Page 281 - 2-ci cild
P. 281
Vitold Qombrovi÷

Kamerger. Şahzadə, bəlkə, sizi, yumşaq izhar etsək, indiki
sevgi, erotik əlaqələr daha özünə çəkmir? Sadəcə inanılmazdır.
Məni belə şeylər həmişə cəlb edərdi.

Şahzadə. Erotik əlaqələr cəhənnəm olsun, hər şey cəhənnəm
olsun! Mən evlənirəm, vəssalam!

Kral. Nə? Nə? O evlənir? Sən bu sözləri deməyə cürət
edirsən? O, bizimlə məzələnir, abırsız südəmər! Bəli! Məzələnir!
Mən onu lənətləyəcəyəm!

Kraliça. İqnatsi, sən belə eləyə bilməzsən!
Kral. Yox, lənətləyəcəyəm! Söz verirəm, lənətləyəcəyəm!
Onu qandallayacağam! Əclafı çölə atacağam!
Kraliça. İqnatsi, özünə gəl, yoxsa aləm qarışacaq! Dəhşət
qarışacaq! İqnatsi, o axı ürəyinin mərhəmətindən belə edir.
Kral. Ürəyinin mərhəmətindən qoca atasının düz ürəyinin
başını yaralayır?
Kraliça. O axı mərhəmətdən belə eləyir! Mərhəmət hissindən!
Bu zavallının ağır taleyi onu təsirləndirib. O, həmişə qeyri-adi
dərəcədə həssas olub. İqnatsi, xahiş edirəm, yoxsa aləm bir-
birinə qarışacaq!
Kral (inamsızlıqla). Onun ağır taleyi təsirləndirib?
Kamerger. Zati-aliləri, xanımımız haqlıdır, şahzadə ondakı
anadangəlmə mərhəmət hissinə görə belə eləyir. O, nəcib bir iş
tutur. (Kənara.) Zati-aliləri, əgər siz razılıq verməsəniz, aləm
bir-birinə qarışacaq, bu, iki vur iki qədər aydın məsələdir. O, geri
çəkilməyəcək. Məsələni uzatmaq qalmaqala səbəb olacaq!
Kral. Belə. Belə! (Şahzadəyə.) Filipp, götür-qoy edəndən
sonra biz sənin bu qərarının mərhəmətliyindən irəli gəldiyini
təsdiqləyirik, amma, hər halda, bir qədər tələsik qərardır.
Şahzadə. Burada mərhəmətlik nə var?
Kraliça (tələsik). Mərhəmət, mərhəmət, Filipp, sözümüzü
kəsmə. Biz daha yaxşı bilirik və sənin bu məqsədinin mərhəmət
hisslərindən doğulduğuna hörmət əlaməti kimi tam ürəkaçıqlığıyla
sənə, ağır taleyi bizlərdə ən ülvi hisslər oyadan gəlinini təqdim
etməyə icazə veririk. Biz onu qəsrdə əsilli-nəsilli xanımlar kimi

281
   276   277   278   279   280   281   282   283   284   285   286