Page 285 - 2-ci cild
P. 285
Vitold Qombrovi÷

Kirill. Qəribədir. Mənə isə elə gəlir ki, sən onunla əsl şahzadə
kimi yox, məhz baron kimi davranmısan.

Şahzadə. Doğrudan da, qəribədir, amma, hər halda, mən
gərək etiraf edim ki, hələ heç vaxt özümü indiki kimi inamlı,
indiki kimi əla, hətta deyərdim ki, aydın hiss etməmişəm. Tra-
lya-lya… (Perolu qələmi götürüb barmağını onun ucunda
tarazlayır.) Bir baxın, əvvəl heç cür alınmırdı, amma indi alındı.
Belə görünür ki, üstünlüyünü hiss etmək üçün gərək özündən
xeyli aşağı olan birisini tapasan. Rəsmən şahzadə olmaq hələ heç
nə demək deyil, əvəzində əsl şahzadənin kim olduğunu mən indi
dərk etdim. Yüngüllük… (Rəqs edir.) Sevinc… Di indi gəlin bizi
dəli edən əşyaya nəzər salaq. Madmazel, bizə nəsə bir söz deyə
bilərdinizmi?

İvonna (susur).
Şahzadə. Amma bilirsən, o, sən deyən kifir deyil, sadəcə
onda nəsə bir talesizlik var.
Kirill. Elə dərd də burasındadır.
Şahzadə. Deyin görək, nədən siz beləsiniz?
İvonna (susur).
Şahzadə. Susur. Nədən axı siz beləsiniz?
Kirill. Cavab vermir, inciyib.
Şahzadə. İnciyib.
Kirill. Amma mənə elə gəlir ki, o, inciməyib, azca qorxub.
Şahzadə. Yüngülcə hürküb.
İvonna (astadan, güclə). Mən azca da inciməmişəm. Xahiş
edirəm, məni rahat buraxın.
Şahzadə. A! Siz azca da inciməmisiniz? Onda niyə cavab
vermirsiniz?
İvonna (susur).
Şahzadə. Hə?
İvonna (susur).
Şahzadə. Cavab verə bilmirsiniz? Niyə axı?
İvonna (susur).
Kirill. Ha-ha-ha! Cavab verə bilmir! İnciyib!

285
   280   281   282   283   284   285   286   287   288   289   290