Page 289 - 2-ci cild
P. 289
Vitold Qombrovi÷

Sən qapalı dairəni unudursan. Şübhəsiz ki, səhər gəzintiləri və
idman onu zəiflikdən xilas edərdi, amma o, səhər gəzintilərinə
çıxa bilməz, çünki həddən artıq zəifdir, hörmətli cənablar, daha
doğrusu, yox, cənablar yox, Kirill, sən belə bir şey eşitmişdinmi?
O, məndə rəhm hissi oyadır, hə, nəsə xüsusi bir rəhm… buna
bənzər…

Kirill. Bu, yəqin, günahlarınızın cəzasıdır. Siz, çox güman,
uşaqlıqda böyük günah işlətmisiniz. Filipp bütün bunların kökündə,
şübhəsiz, nəsə bir günah gizlənir. Günaha batmadan belə şey
mümkün deyil. Əlbəttə ki, siz xeyli günah içindəsiniz.

İvonna (susur).
Şahzadə. Xa! Kələfin ucunu tapmışam. Bax qulaq asın, əgər
siz belə zəif düşmüsünüzsə, əzabı da zəif qəbul edirsiniz,
eşidirsiniz, zəiflik, ardınca heysizlik gətirir? Dairə sizin xeyrinizə
qapanır, bir şeyi o biri tarazlaşdırır. Bu dünyanın bütün caduları,
günahları sizə elə də güclü təsir etməməlidir. Odur ki, nəticədə
siz az əzab çəkirsiniz.
İvonna (susur).
Şahzadə. Necədir?
İvonna (Şahzadəyə oğrun-oğrun baxaraq susur).
Kirill (onun baxışlarını sezir). Niyə o belə baxır?
Şahzadə. Necə?
Kirill. Üzdən adi baxışlardır! Amma hər halda…
Şahzadə (narahatlıqla). Ona nə oldu?
Kirill. Filipp! O ki sənə!..
Şahzadə. Mənə nə?
Kirill. Buna deyərəm, hə… O ki səni… gözləriylə yeyir…
Ehtirasla! Lənət şeytana, hərarətlə! O, sənə sığınır… belə, öz
bildiyi kimi… O, sənə! Sənə! Ehtiyatlı ol, onun bu heysizliyi
ehtiraslıdır, iblisin özü kimi adam yoldan çıxarandır!
Şahzadə. O ki… O ki sadəcə sırtığın biridir! Necə bir
ədəbsizlik! Ölçüyə sığmaz ədəbsizlik! Sən mənə ilişməyə hələ
bir cürət də edirsən, sən, ifritənin biri! Gəl onu yandıraq, hə?
Götür o atəşkeşi onu bişənəcən qızart. Bax onda yerini bilər!
Yaxşı bilər!

289
   284   285   286   287   288   289   290   291   292   293   294